İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLAR

İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARRusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində qubernator İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 10-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə gül dəstələr düzüblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Daha sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 10-da işğaldan azad olunan Qubadlı rayonuna səfər edib. Qonaqları Zəngilan Beynəlxalq Hava Limanında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.
Nümayəndə heyəti hava limanı ilə tanışlıqdan sonra Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçirib.
Məlumat verilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri görülür. Hazırda yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40,27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Vurğulanıb ki, üç korpus və iki mərtəbədən ibarət olacaq 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.
Qonaqları səfərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.
İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLARİqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 11 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber krimnal xeber en son xeberler xəbər