İqtisadçı: 'Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər

İqtisadçı: 'Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilərBu gün yayımlanan "Hədəf" verilişində qonaq olan iqtisadçı Emin Qəribli Azərbaycan-Türkmənistan münasibətlərinə toxunaraq, enerji və nəqliyyat sahələrinin regional əməkdaşlıqda əsas amil olduğunu bildirib.
azxeber.com xəbər verir ki, onun sözlərinə görə, enerji faktoru bu münasibətlərdə xüsusi rol oynayır:
"Türkmənistan dünyanın ən zəngin qaz ehtiyatlarına malik ölkələrindən biridir. Bu ölkə enerji baxımından strateji əhəmiyyət daşıyır. Bundan əlavə, artıq qeyd etdiyimiz kimi, Şərq-Qərb nəqliyyat dəhlizi də məhz Azərbaycan ərazisindən keçir. Bu səbəbdən enerji və nəqliyyat sahələri bu gün regional əməkdaşlığın əsasını təşkil edir və gələcəkdə digər enerji layihələrinin inkişafına da zəmin yaradır".
Emin Qəribli həmçinin iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib:
"Bugünkü ticarət dövriyyəsinə baxsaq, görərik ki, artıq 800 milyon dollara çatıb. 2022-ci il 2021-ci illə müqayisədə, 2023-cü il isə 2022-ci illə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. Bu da göstərir ki, iqtisadi maraqlar nəzərə alınmadan bu cür inkişaf mümkün deyil. Biz qazı İrandan 180-250 dollar civarında alırıq, daha sonra ixrac etdiyimiz qazı 300-500 dollar arası qiymətə satırıq. Bu, ölkəmiz üçün həm səmərəli, həm də dayanıqlı qaz təchizatını təmin edən mexanizmdir. Sabit boru kəmərləri sayəsində biz enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edirik".
Gələcək planlara da toxunan iqtisadçı bildirib ki, türkdilli ölkələr, o cümlədən Türkmənistan, qazının Avropaya çatdırılması məsələsini nəzərdən keçirir:
"Gələcəkdə alternativ qaz boru kəmərlərinin çəkilməsi və bu qazın Azərbaycan vasitəsilə Avropaya çatdırılması mühüm məsələlərdən biridir. Bu, həm regionun inteqrasiyası baxımından, həm də Avropanın enerji təhlükəsizliyi kontekstində strateji əhəmiyyət kəsb edir".
Qəribli bildirib ki, bölgədəki siyasi və iqtisadi qeyri-sabitlik fonunda Azərbaycan alternativsiz və etibarlı bir enerji marşrutu kimi çıxış edir:
"Şimalda və cənubda müəyyən problemlər mövcuddur. Bu səbəbdən Azərbaycan etibarlı və sanksiyalardan kənar bir enerji pəncərəsi rolunu oynayır. Türkmənistan hazırda əsasən Çinə və digər ölkələrə qaz ixrac edir, lakin Avropa bazarı da bu resurslara ciddi maraq göstərir".
Oksana Orucova

Siyasi       Tarix: 16 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər