İqtisadiyyat naziri: 'Azərbaycan 'yaşıl keçid'in əsas iştirakçılarından biridir

İqtisadiyyat naziri: 'Azərbaycan 'yaşıl keçid'in əsas iştirakçılarından biridirBu gün Azərbaycan dünyanın əsas prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
"Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb. Böyük enerji şirkətləri ilə icra etdiyimiz "yaşıl layihə"lər ölkəmizin "təmiz enerji" ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb.
Biz müəyyən öhdəliklər götürmüşük. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda növbəti ortamüddətli dövrdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının və tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin artırılması kimi hədəflər qoyulub. Yaxud, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Dövlət Neft Şirkətinin (SOCAR) metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsini misal göstərmək olar", - deyə o qeyd edib.
"Gündəliyimizdən danışarkən biz həmçinin qeyd etməliyik ki, alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir. Azərbaycan bərpa olunan enerji mənbələri potensialı yüksək olan ölkələrdəndir. Biz bu sektora xarici sərmayələr cəlb etmişik, günəş və külək elektrik stansiyaları inşa edirik. Aşağı karbonlu texnologiyalar, tullantılardan enerji istehsalı, yaşıl hidrogen, bioyanacaq, o cümlədən metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırırıq. Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox "yaşıl enerji" layihələri xarici investisiya hesabına reallaşdırılacaq", - deyə nazir əlavə edib. / azxeber.com

Siyasi       Tarix: 25 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu en son xeberler bu gun valyuta mezennesi banklar xəbərlər