İran indi də azərbaycanlı jurnalistləri hədəf aldı: Bu cəhdlər nəticəsizdir

İran indi də azərbaycanlı jurnalistləri hədəf aldı: Bu cəhdlər nəticəsizdirİranın mühafizəkar dairələrinə bağlı saytlar və şəxslər Azərbaycan jurnalistlərinə qarşı açıq təhdid və təzyiq kampaniyasına start veriblər. İTV-nin əməkdaşı Nigar Sabirqızı, eləcə də "Prime TV" və "Günaz TV" internet kanallarının aparıcısı Rusif Məmmədsoy barəsində yayılan təxribatçı şəkillər və statuslar bunun bariz nümunəsidir.  
Bu paylaşımlar təkcə jurnalistləri hədəf almır, eyni zamanda söz və mətbuat azadlığına qarşı yönəlmiş açıq təhdid mesajları daşıyır. Həqiqətləri işıqlandıran azərbaycanlı jurnalistlərə qarşı aparılan bu çirkin kampaniya İranın müəyyən dairələrinin informasiya müharibəsi və qorxu yolu ilə susdurma siyasətinin növbəti təzahürüdür. Faktiki olaraq, həqiqəti deyən və regionda baş verən prosesləri obyektiv şəkildə ictimaiyyətə çatdıran azərbaycanlı jurnalistlər mənəvi terrora məruz qalır, təhdid edilir və hədəfə çevrilir. 
"Prime TV"-nin aparıcısı Rusif Məmmədsoy azxeber.com-a açıqlamasında bildirib ki, belə təxribatçı addımlar ilk dəfə baş vermir:
"İranda baş verən hadisələr hər kəs tərəfindən ciddi narahatlıqla qarşılanır. Bu hadisələr ilk dəfə baş vermir. Daha əvvəl də buna bənzər təxribatçı addımların şahidi olmuşuq. Ümumiyyətlə, real xəbərləri və həqiqətləri ictimaiyyətlə paylaşan şəxslərə, xüsusən də azərbaycanlı jurnalistlərə qarşı müxtəlif formalarda mənəvi terror hallarını dəfələrlə müşahidə etmişik. Mən özüm də bir neçə il əvvəl bu cür hallarla üzləşmişəm. Bu gün İranda baş verən hadisələrlə bağlı xəbərləri yaydıqdan sonra İranda yerləşən bəzi mühafizəkar dairələr hərəkətə keçib və bizə qarşı təxribat xarakterli videolar yayır, müxtəlif təhdidlər irəli sürürlər. Məqsəd aydındır ki, bizə mənəvi təzyiq göstərərək bu həqiqətləri səsləndirməməyimizə nail olmaq istəyirlər. Lakin bu cəhdlər nəticəsizdir".
İran indi də azərbaycanlı jurnalistləri hədəf aldı: Bu cəhdlər nəticəsizdirO bildirib ki, jurnalistlər belə hallara öyrəşib:
"Bundan öncə bizim real etirazlarımız var idi ki, biz bölgədə sülh və əmin-amanlıq istəyirik. Niyə bizi hədəf alan, dırnaqarası jurnalistlər indiyə qədər həmin dairələrin diqqətinə heç nəyi çatdırmayıb. 
Bəs niyə həmin "dırnaq arası jurnalistlər" bu günə qədər heç vaxt həmin dairələrə sual ünvanlamayıblar ki, biz bu addımları niyə atırıq? Niyə adını müsəlman qoyub uzun illər məscidlərimizdə donuz saxlayanlara göz yumulub? Onlar illərlə "müsəlman qardaşları" adlandırdıqları Azərbaycanın sərhədlərinin Ermənistan tərəfindən tapdaq altında qalmasına niyə səslərini çıxarmayıblar? Əgər səmimi olsaydılar, ilk növbədə özlərinə bu sualları ünvanlayardılar. Azərbaycanla münasibətlərin normallaşdırılmasının nə qədər vacib və əhəmiyyətli olduğunu dərk edərdilər. Məhz buna görə də bizim səsləndirdiyimiz həqiqətlər və dilə gətirdiyimiz reallıqlar qəbul edilmir. Onların etdikləri isə təsadüfi hesab etmirəm".
R.Məmmədsoy vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti ilə də bağlı müxtəlif şərhlərim var:
"Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda da həmin məsələni diqqətdə saxlayırdım. Mən doğru bildiyimi söyləyirəm və bu zaman heç nədən çəkinmirəm. Görünür. Ona görə də Rusiya və İrandakı müxtəlif şovinist və qəddar qrupların siyasətini dəstəkləyənlərin hədəfinə çevrilmişəm. Mənim üçün önəmli olan dövlətimin və millətimin maraqlarının qorunmasıdır. İranın mühafizəkarlarına xidmət edən tulaların hədələyici statuslarından çəkinmirəm. İranda yaşayan soydaşlarımın haqq mübarizəsizi dəstəkləməkdə davam edəcəm".
Şahanə Ziyad

Siyasi       Tarix: 13 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bak

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib

Avropa Komissiyasının 2028-2034-cü illər üçün təklif etdiyi çoxillik büdcə planı maliyyə baxımından qəbuledilməzdir və bütün istiqamətlər üzrə azaldılmalıdır. xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Avropa İttifaq

"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum

İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında yeni tələb qoyub. xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, Tehran Zəngəzur dəhlizini

Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır

"Armeniya" blokunun deputatı Levon Köçəryan sentyabrın 8-də keçirdiyi mətbuat konfransında Ermənistanın Aİ-yə inteqrasiya prosesindəki qeyri-müəyyənliyi və Qərbin mövqeyini tənqid edib. xəbər verir ki, bu barəd

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbayca

Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan sentyabrın 8-də keçirdiyi mətbuat konfransında atasının həbsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, bu barədə erməni mətbuat

Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır' - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib. xəbə

Putin: Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib

Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib ki, bu da digər bütün ölkələrə tətbiq edilən məhdudiyyətlərin ümumi sayından təxminən iki dəfə çoxdur. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Dehlid


yeni xeberler son xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun valyuta məzənnələri son xabar son xeberler bugun