İran Naxçıvana zərbələr endirməyə hazırlaşır? - "Ən pis ssenariyə hazır olmalıyıq"
"İranın Xəzər dənizində keçirdiyi hərbi təlimlər Azərbaycana mesaj idi".
KONKRET.az xəbər verir ki, bunu "Hraparak" qəzetinə müsahibəsində erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
O qeyd edib ki, İran Azərbaycan ərazisinə zərbələr də endirə bilər:
"İran bölgədə güc nümayiş etdirir. Xəzər dənizində keçirilən hərbi təlimlər Azərbaycana qarşı mesaj idi. Onlar İsraillə mümkün müharibə zamanı Azərbaycanı tərəf olmaqdan çəkindirməyə çalışırlar. Əgər belə vəziyyət yaranarsa, Azərbaycana təzyiq göstərilərsə, o zaman İran Naxçıvana zərbələr endirəcək. Bununla da Türkiyə ilə sözügedən ölkəni birləşdirən quru yolu bağlanacaq. İsrail İranı quru döyüşlərinə cəlb etməyə çalışır. Bu zaman isə müttəfiq ölkə kimi Azərbaycan ərazisindən də hərəkətlənmə olacaq".
Ekspert qeyd edib ki, regionda mümkün qarşıdurma fonunda Ermənistanın sığına biləcəyi dövlət Rusiya olacaq:
"Ən pis ssenariyə hazır olmalıyıq. Vəziyyətin gərginləşməsi fonunda Azərbaycan da müəyyən addımlar ata bilər. Rusiya ilə qarşılıqlı yardım müqaviləmiz var, belə olan halda onlar bizə yardım etməlidir".
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar