İran prezidentindən bu dövlətlərə CİDDİ XƏBƏRDARLIQ - Putinin planı işə düşdü
İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Moskvada keçirilən görüşdə regionla bağlı mühüm açıqlamalar verib. Görüş zamanı Pezeşkian bildirib ki, bölgədəki məsələlərə xarici güclərin müdaxiləsi əvəzinə regional dövlətlər rəhbərlik etməlidir. Onun bu bəyanatı birbaşa olaraq regional sabitliyi pozmağa çalışan ölkələrə ünvanlanmış bir mesaj kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, Pezeşkianın açıqlamasında vurğulanıb ki, xarici qüvvələrin bölgədə mövcudluğu yalnız gərginliyi artırır:
"İranın ali rəhbərinin tövsiyələrinə əsasən, bizim əqidəmiz ondan ibarətdir ki, bölgənin idarə olunması regional dövlətlərin birgə səyləri ilə həyata keçirilməlidir. Uzaqdan gələn ölkələrin bölgəni qarışdırmağa, öz siyasətlərini zorla tətbiq etməyə cəhd göstərməsi nə region, nə də dünya üçün faydalı ola bilər. Rusiya ilə İran arasındakı möhkəm əlaqələr və əməkdaşlıq bu cür planları mütləq alt-üst edəcək".
İran liderinin bu mövqeyi bir çoxlarının diqqətini çəkib və ekspertlər bunu müxtəlif prizmalardan analiz edirlər. Bəzi müşahidəçilər Pezeşkianın Ermənistanı nəzərdə tutduğunu, digərləri isə onun Qərb dövlətlərinə, xüsusilə ABŞ-a mesaj göndərdiyini düşünür.
Həmçinin, görüşdə Rusiya ilə İran arasındakı iqtisadi, siyasi və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. İki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Qafqaz və Yaxın Şərqdə sabitliyin təmin olunmasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Məsud Pezeşkianın bu açıqlamaları həm regional, həm də qlobal səviyyədə geniş rezonansa səbəb olub. İran-Rusiya münasibətlərinin dərinləşməsi və bunun regiona təsirləri ilə bağlı növbəti addımlar maraqla gözlənilir.//Yenisabah

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi