İrana mümkün hücumla bağlı kritik ssenari... - Nələr olacaq?

ABŞ-ın İranda yerləşən və strateji əhəmiyyət daşıdığı bildirilən Qazma dağına mümkün zərbə endirməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər xəbərdarlıq edirlər ki, belə bir ssenari təkcə İran üçün deyil, bütün Yaxın Şərq regionu üçün ciddi təhlükələr yarada bilər.
Bəs Qazma dağı vurularsa, hansı nəticələr ortaya çıxacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, sözügedən dağ nüvə infrastrukturu yerləşən əraziyə yaxın olduğundan, ona mümkün zərbə ağır nəticələrə səbəb ola bilər.
İrana mümkün hücumla bağlı kritik ssenari... - Nələr olacaq?"Bu dağ nüvə obyektlərinin yerləşdiyi əraziyə yaxındır. Həmin istiqamətə endiriləcək hərbi zərbə böhranı daha da dərinləşdirə bilər. Belə bir hadisə İran daxilində ciddi çaxnaşma yaradacaq, eyni zamanda regionun təhlükəsizliyinə də mənfi təsir göstərəcək.
Məhz buna görə beynəlxalq ictimaiyyət ABŞ və onun müttəfiqlərini belə bir addımdan çəkinməyə çağırır. Çünki bu cür əməliyyatın qarşısı alınmasa, Yaxın Şərqdə genişmiqyaslı fəlakət yaşana bilər", – deyə politoloq vurğulayıb.
Əmrəliyevin sözlərinə görə, ABŞ rəsmilərinin son açıqlamaları Vaşinqtonun İrana qarşı təzyiq siyasətini davam etdirmək niyyətində olduğunu göstərir.
"Hazırda tərəflər arasında gərginlik yüksək səviyyədə qalır. Diplomatik istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur. Bu səbəbdən yay aylarının sonlarına doğru ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı istisna deyil. İrana qarşı yeni zərbələrin endiriləcəyi ilə bağlı gözləntilər mövcuddur. Belə bir ssenari isə regionu daha ağır təhlükələrlə üz-üzə qoya bilər", – deyə o, əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 30 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun butun xeberler en son xeberler bu gun son.xeberler