İranda Xamenei dövrü bitir – Varis planı baş tutacaqmı?

İranda Xamenei dövrü bitir – Varis planı baş tutacaqmı?Son günlər İranda siyasi elita çaxnaşma içərisindədir. Əslində İranda baş verənləri hakimiyyət ugrunda gedən klandaxili savaşların işartısı kimi də dəyərləndirmək olar. Çünki  70 yaşlı İran prezidenti,   etnik azərbaycanlı Məsud Pezeşkian islahatlara start vermək niyyətindədir. Lakin onun istənilən islahat arzusu elə beşikdəcə boğulur.
İran müxalif telegram kanallarının iddialarına görə Məsud Pezeşkianın aparacağı islahatlara qarşı çıxan İranin ali dini lideri Seyid Əli Xameneidir. İran Telegram kanalları iddia edir ki, Məsud Pezeşkian seçildiyi 4 aydan artıq bir dövrdə Seyid Əli Xameneinin ciddi təzyiqləri ilə üz-üzə qalıb.
Məsud Pezeşkian məhz  Ali Dini liderin yaxın adamı hesab edilən və onun  Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili məğlub edərək İran prezidenti seçilmişdi. İndi İranda siyasi kluarlarda Ali Dini liderlə Məsud Pezeşkian arasında dərin uçurum olduğunu gizlətmək mümkün deyil. Məhz bu gərginlikdən Məsud Pezeşkian prezident seçkilərindən öncə verdiyi heç bir vədi yerinə yetirə bilmir. Gərginliyin daha bir pik nöqtəsi isə Ali Dini lider  Seyid Əli Xameneinin öz varisini hazırlamasından sonra yaranıb. Bu xəbərlər mediada işıqlandırıldıqdan sonra İran siyasi elitasında bir çaxnaşma yaranıb.
Son günlər isə 85 yaşlı ali dini lider Seyid Əli Xameneinin "varisi" ilə bağlı söhbətlər yenidən aktivləşib. İranın bəzi teleqram kanallarının məlumatına görə, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Xamneyi Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək Ali Rəhbəri olacaq "varisi" ilə bağlı məsələni müzakirə edib.
Qeyd edək ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir ki, onların arasında İranın Ali Rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi dindarlardan ibarətdir.
Nəşrlərin yazdığına görə, Xamneyi çıxışında açıq şəkildə bildirib ki, gec-tez "varis" məsələsi gündəmə gəlməlidir və yaxşı haldır ki, şura üzvləri bundan sonra bu barədə düşünsünlər. O, cəmiyyətin tədricən buna hazırlaşmalı olduğunu da açıqlayıb. Təhlilçilər qeyd edirlər ki, Xamneyi illərdir İranın Ali Rəhbəri postuna varisi kimi hazırladığı oğlu Müctəbi özünə "varisi" etmək istəyir.
Məhz bu məlumatların mediada işıqlandırlması onu deməyə əsas verir ki, İran siyasi elitası yaxın günlərdə qəti qərarını verməlidir. Ali Dini liderin yaxın ətrafı isə özlərinə yaxın media resurslarında İran prezidenti Məsud Pezeşkian səriştəsizlikdə ittiham etməsi uçurumun olduqca dərin olduğundan xəbər verir. Bir sözlə ali dini lider Seyid Əli Xameneinin "varis" planının baş tutub, tutmayacağı zaman məsələsidir.
Qoşqar Salmanlı / azxeber.com

Siyasi       Tarix: 22 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər cəbhədən xəbər son.xeber en son xeberleri