İrandan Türkiyə ilə bağlı ETİRAF
İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bildirib ki, Türkiyə neftə sahib olmasa da, turizm və sənayedə İrandan daha yüksək inkişaf səviyyəsinə çatıb.
KONKRET.az "Haber Global"a istinadən xəbər verir ki, siyasətçi İranın Yəzd şəhərinə səfəri zamanı mövcud vəziyyətlə bağlı açıqlamalar verib.
"Demək istəmirəm ki, Türkiyə bizim üçün model deyil. Amma Türkiyənin bir damla da nefti yoxdur. Buna baxmayaraq, bu gün turizm və sənayedə bizdən çox irəlidədir. Bizim neftimiz var, onlarda isə yoxdur, amma onların turizm gəlirləri bizim ümumi neft gəlirlərimizdən çoxdur", – deyə Hatəmi qeyd edib.
Sabiq dövlət başçısı İran iqtisadiyyatının neftdən asılı olduğundan şikayətlənib.
"Biz başqa xəyalların arxasınca düşdük. Regiondakı digər ölkələrdən geri qaldıq. İnkişafımız yalnız hərbi sahədə olub və bu, raket proqramımızın sayəsindədir. Buna görə də hərbi sahədə regionda üçüncü yerdəyik, lakin digər göstəricilərdə çox geri qalırıq", – Hatəmi deyib.
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib