İrandan "Zəngəzur" açıqlaması: "Əleyhinəyik"

İrandan İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir.
KONKRET.azxəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında Azərbaycanla Naxçıvan arasında quru əlaqənin mümkünlüyünü şərh edərkən bildirib.
Səfir izah edib ki, Tehran Azərbaycan tərəfinə yeni marşrut üzrə yükdaşımaları davam etdirməyi təklif edib.
Tikinti işləri başa çatdıqdan sonra Azərbaycanın yük maşınları 50 km-lik marşrutla Naxçıvana çata biləcək.
"Azərbaycanın Naxçıvana İrandan keçən yolu var idi. 2020-ci il müharibəsindən sonra azərbaycanlılar həm Ermənistan sərhədinə, həm də bizim sərhədimizə yaxınlaşdılar. Əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi. Təklif olundu ki, azərbaycanlılar yolun böyük hissəsini öz ərazilərindən, qalan hissəsini isə İran və Ermənistan sərhədinin yaxınlığından çəksinlər", – Sobhani bildirib.
O, qeyd edib ki, İran ərazisindən keçən marşrut tamamilə İslam Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsindədir.
Gömrük prosedurları İran qanunvericiliyi çərçivəsində həyata keçirilir.
Nəqliyyat marşrutlarının açılmasına gəlincə, İran təkcə o halda əleyhinə deyil ki, bu, ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş versin.
"Biz Ermənistandan keçən yolların açılmasının tərəfdarıyıq, lakin bu, onun ərazi bütövlüyü və suverenliyinə hörmətlə baş verməlidir. Dəhliz məntiqini ehtiva edən istənilən yolun əleyhinəyik", – Sobhani bildirib.
O, əlavə edib ki, region ölkələri arasında yalnız İran "Zəngəzur dəhlizi" məsələsində Ermənistanı dəstəkləyir.
Səfir vurğulayıb ki, bu məsələ ilə bağlı iki ölkə arasında hər hansı fikir ayrılığı yoxdur: "Dəhliz" həm Ermənistan, həm də İran üçün zərərli olacaq.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az son xabar son xeberler bu gun son xeberler 2026