İrəvan bu bəndləri sülh müqaviləsindən çıxarmağa çalışır: "Razılaşsaq, Ermənistanın sonu olacaq"  

İrəvan bu bəndləri sülh müqaviləsindən çıxarmağa çalışır: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması sülh müqaviləsinin imzalanmasından keçir. Amma Ermənistan tərəfinin qeyri-konstruktiv davranışları, müxtəlif bəhanələrlə prosesi uzatması bölgədə davamlı sülhün bərqərar olmasına mane olur.
Bir çox siyasi ekspertin ortaq qənaəti ondan ibarətdir ki, bu ilin ilk altı ayı ərzində sülh müqaviləsinin imzalanacağı gözlənilıir. Ermənistanda isə fərqli düşünürlər və bildirirlər ki, müqavilə Azərbaycanın şərtləri çərçivəsində bağlanarsa, bu onların sonu deməkdir. Onlar hesab edir ki, bu aqibətdən yayınmaq üçün isə Ermənistan hökuməti bəzi bəndlərdən imtina etməlidir.
Bəs Ermənistan konkret olaraq hansı müddəalardan imtina etməyə çalışır?
İlk olaraq qeyd olunmalıdır ki, rəsmi İrəvan anklavlar mövzusunun müzakirəsində maraqlı görünmür. Düşünürlər ki, anklavlar geri qaytarılarsa, Ermənistan dövlətçiliyi zərbə altına düşəcək. Məsələ burasındadır ki, hazırda işğal altında olan və Qazaxın 7 kəndinin yerləşdiyi anklav ərazidən Ermənistanı Gürcüstan üzərindən Rusiya ilə birləşdirən magistral xətt keçir. Üstəlik, Naxçıvanın Kərki kəndindən də Ermənistanı İranla birləşdirəm strateji yolun keçdiyini nəzərdən qaçırmaq olmaz.
Bütün bunlar onu düşünməyə əsas verir ki, anklavlar Ermənistan üçün həssas mövzudur. Ona görə də Ermənistan hakimiyyəti sülh müqaviləsindən yayınmaqla bu və ya digər məsələlərin həllini gecikdirməyə çalışır. Zəngəzur dəhlizinin açılmasında simulyasiya edən Nikol Paşinyanın siyasi gedişlərinin də müəyyən həddi var və bu yayınma nə vaxtsa başa çatacaq. Ermənistanda da bunu anlayır və hesab edirlər ki, Paşinyanın bu cür yanaşmaları ümumi sülhə töhvə vermir. Bununla belə, onların qənaətincə Ermənistan hakimiyyəti əvvəlki siyasətini davam etdirməli və regionda geosiyasi vəziyyət dəyişənə qədər dirəniş göstərməlidir. Bu cür təzadlı bəyanatlar verən erməni siyasətçilərinin məqsədi sadəcə vaxt uzatmaqdır.
Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan da sülh müqaviləsinə qarşıdır. Erməni deputat Naxçıvanla quru sərhədlərin açılmasını böyük təhlükə hesab edir: "Paşinyan bildirir ki, dəhliz mövzusu müzakirələr masasında həmişə olub. Amma biz deyirik ki, bu, qəbuledilməzdir. Sərhəddə güzəştlər və mümkün eskalasiya gündəmə gələndə hakimiyyət o qədər qıcıqlanır və yeni saxta məqsədlər icad etməyə tələsir. Onlar bu yolla məsuliyyətdən yayınmağın məlum üsuluna əl atırlar".
Görünən də odur ki, Paşinyan adminstrasiyası erməni cəmiyyətinin bu təzyiqləri fonunda sülh danışıqlarından yayınır. Amma ermənilər anlamalıdırlar ki, onların dirənişi regionda sülhü təhlükə altına salır və müharibə riskini artırır. Sonda isə ziyan çəkən tərəfin yenə Ermənistan olacağı şübhəsizdir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber