İŞİD əmirinin arvadı Ülkər Məmmədova: "Ərim şokolada qısqandığı üçün adımı dəyişdi

İŞİD əmirinin arvadı Ülkər Məmmədova: İŞİD terror qruplaşmasının "Türkiyə əmiri" olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova məhkəmədə danışıb ki, əri onun adını Türkiyədə eyni adlı şokolad markasına qısqandığı üçün dəyişdirib və "Həcər" qoyub. 
Azxeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, əri pilotsuz təyyarədən endirilən raket zərbəsi zamanı öldürüləndən sonra qadın bu ilin oktyabrında Suriyadan Türkiyəyə keçərək təslim olub. Onun barəsində terror təşkilatına üzv olmaq maddəsi ilə cinayət işi başlanıb, qadının ifadəsi alınıb və o, Mustafa Dokumacı ilə necə  tanış olub evləndiyi, Suriyaya necə getdiyi və orada ərinin nə işlə məşğul olduğu haqda danışıb.
Mustafa Dokumacı İŞİD-in tərkibində Türkiyədən olan yaraqlıların cəmləşdiyi "Dokumacılar qrupu"nun rəhbəri olub. Həmin qrupun mənsubları 2015-ci ildə Ankarada dəmir yol vağzalı qarşısında terror aktı törədiblər, özlərini partladaraq 103 nəfərin həlak olmasına, yüzlərlə adamın yaralanmasına səbəb olublar.
Adıyaman polis idarəsində bu ilin oktyabrında verdiyi ifadədə Ülkər Məmmədova İŞİD-in tərkibində döyüşən 103 nəfər Türkiyə vətəndaşının barəsində məlumatları çatdırıb. Bildirib ki, Mustafa Dokumacı ilə sosial şəbəkələr üzərindən tanış olub, oxumaq üçün Türkiyəyə gedib və orada evləndikdən sonra 2014-cü ildə Suriyaya keçiblər. Ü.Məmmədova Azərbaycanda nüfuzlu ailənin övladı olduğunu, atasının polkovnik rütbəsi daşıdığını deyib. Ərinin onu "məcburən İŞİD bölgəsində saxladığını" iddia edib. Terror təşkilatının fəaliyyətində iştirak etmədiyini bildirib.
"Mən uşaqlarım naminə Suriyaya getdim. Gözü dönmüş ərim uşaqlarımı müharibənin ortasına atacaqdı. Bir ana olaraq buna necə icazə verə bilərdim",-o məhkəmədə deyib. O bildirib ki, Ankara vağzalında terror aktını törədən İŞİD-çiləri əri tanıyırdı, amma özü bu adamları tanımayıb. "Onlar ərimlə bərabər Suriyaya gediblər. Amma mən tanımıram, heç bir terror aksiyasını dəstəkləmirəm. Mən İŞİD-in nəzarətində olan bölgədə sadə həyat sürürdüm, onların heç bir fəaliyyətinə qarışmırdım",-azərbaycanlı qadın bildirib.
Məhkəmədə ondan İŞİD mənsubu olaraq özünə niyə "Həcər" kod adını seçdiyini soruşublar. Ü.Məmmədova isə bunu ərinin qısqanclığı ilə izah edib. "Adım Ülkər Türkiyədə şokolad, biskvit markasıdır. Ərim də qısqanc biri olduğundan bu ad tələffüz edildiyində insanların ağlına şokolad gəlməsin deyə mənə "Həcər" adını vermişdi. 2020-ci ilin avqustunda ərim hava hücumunda öldü. İdlibdə olduğumuz müddətdə ərim davamlı olaraq nələrsə araşdırırdı. Təhlükəli adam idi. Məni Türkiyəyə göndərmədi, çünki göndərsəydi onu ələ verəcəyimi bilirdi", - o deyib.
Ü.Məmmədova əri öldürüləndən sonra onun qardaşı Suat Dokumacı ilə əlaqə saxlayıb, Türkiyəyə dönmək istədiyini bildirib. Suat Dokumacı isə ona sərhədə gəlib Türkiyə əsgərinə təslim olmağı məsləhət görüb.
Məhkəmədə prokuror Ü.Məmmədovanın ifadəsini səmimi hesab etməyib, onun İŞİD və ərinin fəaliyyəti barədə bildiklərinin hamısını demədiyini irəli sürüb. Və onun peşimanlıq qanunundan faydalanmasının tam şəkildə mümkün olmadığını, barəsində İŞİD üzvü kimi cəza verilməsinin düzgün olacağını deyib. Məhkəmə heyəti isə belə qənaətə gəlib ki, Ü.Məmmədovanın İŞİD üzvü olduğu təsdiqlənib, amma onun könüllü təslim olduğu, təşkilatın strukturu və fəaliyyəti barədə məlumatlar verdiyi nəzərə alınaraq haqqında cəza verilməsinə ehtiyac olmadığı qərara alınıb. Ü.Məmmədova məhkəmə zalından azad edilib.

Sosial       Tarix: 27 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu sonxabar az son xeberler bugun 2026 canli