İsrail norveçli diplomatların akkreditasiyasını ləğv etdi
İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə də işləyən 8 norveçli diplomatın diplomatik akkreditasiyasını ləğv edib.
KONKRET.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu addım Fələstin Dövlətinin tanınması da daxil olmaqla, "son vaxtlar İsrail əleyhinə atılan və Norveç hökumətinin atdığı birtərəfli addımlara" və bu yaxınlarda "yüksək səviyyəli Norveç rəsmilərinin sərt şərhləri"nə cavabdır.
Norveç səfiri Yerusəlimə (Qüds) Xarici İşlər Nazirliyinə çağırılaraq diplomatların 7 gün ərzində akkreditasiyalarının, 3 aydan sonra isə vizalarının ləğv ediləcəyi barədə məlumatlandırılıb.
İsrail XİN onlara yeni akkreditasiya üçün İsraildəki səfirliyə müraciət etmək imkanı verdiyini də qeyd edib.
"Anti-İsrail davranışının bir bədəli var. Oktyabrın 7-dən sonra Fələstin terrorizmi ilə mübarizə aparmaq və İsrailin İranın şər oxuna qarşı mübarizəsini dəstəkləmək əvəzinə, Norveç HAMAS-ın qatillərini və təcavüzkarlarını Fələstin dövlətinin tanınması şəklində mükafatlandırmağı seçdi. Oslo Beynəlxalq Cinayət Məhkəməsində (ICC) bizə qarşı əsassız iddiaya qoşuldu", – xarici işlər naziri İsrael Katz bildirib.
İsrail XİN rəhbəri deyib ki, Norveç Fələstin məsələsində birtərəfli siyasət aparır: "Elə buna görə də mən Norveçin İsraildəki səfirliyinin Fələstin Muxtariyyəti üçün də təmsilçiliyi dayandırmaq barədə göstəriş verdim. Bizə hücum edənlər, bizə qarşı birtərəfli siyasət aparanlar bunun əvəzini ödəyəcəklər".
İsrailin bu addımına Norveç XİN reaksiya verib. Norveçin xarici işlər naziri İsrailin norveçli diplomatların diplomatik statusunu ləğv etmək qərarının "nəticələri olacağını" deyib və bu addımı "ifrat addım" adlandırıb.
"Bugünkü qərarın Netanyahu hökuməti ilə münasibətlərimiz üçün nəticələri olacaq. Biz Norveçin Netanyahu hökumətinin yaratdığı bu vəziyyətə cavab vermək üçün necə tədbirlər görəcəyini düşünürük", – xarici işlər naziri Espen Barth Eide bildirib.
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar