İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi
İsrailin Azərbaycandakı səfirliyi işini bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, İsrailin Bakıdakı səfirliyi ölkənin dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri kimi, öz işini davam etdirəcək.
Bildirilib ki, İsrailin Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşları arasında danışıqlar davam edəcək.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi bir neçə gün öncə fəaliyyətini müvəqqəti dayandırmışdı. Bunun səbəbi maliyyə problemi ilə əlaqədar idi.
"İsrail Maliyyə Nazirliyinin 2019-cu ilin iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son on illiklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq", - deyə səfirliyin açıqlamasında bildirilirdi.
Ümumiyyətlə, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını müvəqqəti bağlayıb.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı