İtaliya mafiyasından təcili yardım maşını sürücülərinə göstəriş: "Səs siqnallarını qoşmayın!
İtaliya mafiyasından təcili yardım maşını sürücülərinə göstəriş: "Səs siqnallarını qoşmayın!"
İtaliyanın Napoli şəhərində mafiyadan təcili yardım xidmət işçilərinə qeyri-adi əmr gəlib.
Belə ki, narkotik satıcılarını qorxutduğu üçün sürücülərə səs siqnallarının və sayrışan işıqların istifadəsi qadağan edilib.
Bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, ötən həftə iki mafiya üzvü təcili tibbi yardım maşınını saxladaraq səs siqnallarını söndürmələrini, əks halda sürücünü öldürəcəklərini bildiriblər.
Onlar narkotik alverçilərinin bu siqnalı polis maşınınkı ilə dəyişik salaraq qaçdığını deyiblər.
Bundan sonra tibb işçiləri polislərdən mühafizə tələb ediblər.
Mafiya üzvləri tərəfindən hədələnən sürücülərdən Manuel Ruggiero yerli mediaya açıqlaması zamanı Sanita və Traiano da daxil olmaqla, digər məhlələrdə səs siqnalı istifadə etməmələri barədə əmr aldıqlarını deyib.
"Səs siqnallarını ancaq ərazini tərk etdikdən sonra qoşa bilirik", - deyə bildirən sürücü, belə hallarda ağır xəstələrin yanına gecikdiklərini vurğulayıb. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb