İtaliya mətbuatı müxtəlif ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə biganə qalmayıb

İtaliya mətbuatı müxtəlif ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə biganə qalmayıbİtaliya mətbuatı müxtəlif ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə biganə qalmayıb
Son günlər erməni diasporasının radikal qrupları tərəfindən müxtəlif ölkələrdə Azərbaycanın diplomatik missiyalarına və Azərbaycan icmasının üzvlərinə qarşı törətdiyi vəhşiliklər İtaliya mətbuatının diqqət mərkəzindədir.
Bu barədə Oxu.Az-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu ölkənin "Kmetro0", "Gironale Diplomatico", "Agenzia Nova" kimi kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarda son günlər erməni diasporasının radikal qruplarının beynəlxalq səviyyədə erməni terrorçu təşkilatı kimi tanınan ASALA-nın, eləcə də qatı ekstremist erməni Daşnaksutyun partiyasının bayraq və köynəkləri ilə Azərbaycanın Belçika, ABŞ, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı son dərəcə aqressiv hücumlar təşkil edərək, Azərbaycanının diplomatik missiyalarının binalarına, diplomatik heyətin və Azərbaycan icmasının üzvlərinə və onların mülklərinə qarşı vandalizm aktları həyata keçirdiyi və bu vandalizm aktlarını öz sosial şəbəkə hesablarında təşviq etdikləri bildirilib.
Məlumatlarda vurğulanıb ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni icmasının 3000-ə yaxın ekstremist üzvləri Los Anceles şəhərində Azərbaycanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən yerli polisin əmrlərinə məhəl qoymayaraq həmin ərazidə olan Azərbaycan icmasının 40 üzvünə bilərəkdən hücum ediblər. Nəticədə Azərbaycan icmasının biri qadın olmaqla yeddi üzvü ciddi xəsarət almış və onlardan dörd nəfəri xəstəxanaya yerləşdirilib.
Habelə qeyd olunub ki, Azərbaycanın Belçika Krallığındakı Səfirliyinin qarşısında etiraz aksiyası keçirən ekstremist erməni qrupları Səfirliyin binasına və həyətinə, eləcə də Azərbaycan icmasının üzvlərinə daşlarla, kəsici iti alətlərlə və partlayıcı maddələrlə hücum etmiş, nəticədə Səfirliyin əməkdaşları, Azərbaycan icmasının üzvləri və Azərbaycanın "REAL TV" televiziyasının Avropa üzrə müxbiri Xatirə Sərdarqızı daxil olmaqla altı nəfər ağır xəsarət alıb.
Bildirilib ki, Səfirliyin inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, Azərbaycan icmasının nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
İtaliya mətbuatı bildirir ki, eyni vandalizm hərəkətləri Azərbaycanın Parisdəki Səfirliyinə qarşı da həyata keçirilib.
Qeyd olunur ki, radikal erməni qruplar Səfirliyin binasına daşlarla hücum edərək Səfirliyin şüşələrini sındırmışlar.
Məlumatlarda deyilir ki, oxşar hadisələr, erməni ekstremistlərin Azərbaycan səfirliklərinin binasına daxil olmaq cəhdləri digər ölkələrdə də qeydə alınmışdır.
Habelə, dərc olunmuş məlumatlarda qeyd olunur ki, sosial şəbəkələrdə ABŞ-da yaşayan ermənilərin azərbaycanlılara qarşı digər təxribatlar da hazırladıqları barədə məlumatlar yayılmış, "Instagram"da yaradılan və erməni əsilli şəxsə aid olan bir səhifə Kaliforniyada yaşayan Azərbaycan və türk əsilli şəxslərin yaşadıqları yer barədə məlumat toplamağı sorğu etmiş və səhifənin idarəçiləri anonimlik qorunmaqla məlumat verən şəxslərə 500 ABŞ dolları miqdarında pul mükafatı vəd etmişlər.
Yazılarda bildirilir ki, ekstremist erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terroru ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş, 24 türk diplomatı olmaqla 70-dən çox insanı qətlə yetirmişdir. Əlavə olunur ki, 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycan ərazilərinin işğalı prosesində Azərbaycanın müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.
Məlumatlarda, həmçinin vurğulanır ki, erməni ekstremist qrupların xaricdə yaşayan azərbaycanlılara qarşı real təhdid olduğunu nəzərə alaraq, Azərbaycan öz soydaşlarını maksimum diqqətli olmağa və radikal ermənilərin təxribatlarına uymamağa, təmkinlik və sakitlik nümayiş etdirməyə çağırır, eləcə də beynəlxalq ictimaiyyətə də erməni radikal qruplarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik həyətin və Azərbaycan icmasının üzvlərinə qarşı nifrət cinayətinin qəti şəkildə pislənməsi üçün müraciət edir.
Dərc olunmuş məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

Sosial       Tarix: 27 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar cəbhədən son məlumat en son xeberler bu gun xeberler azerbaycan