İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində heyrətamiz hadisə qeydə alınıb.
"Mash" Telegram kanalının məlumatına görə, Anastasiya atası Nikolayı son dəfə uzun illər əvvəl – altı yaşı olanda görüb.
Hamı kişinin öldüyünü hesab edib, ancaq qız buna inanmaq istəməyib. Ürəyində hər zaman onu görəcəyinə ümid saxlayıb, böyüyəndən sonra isə axtarışlara başlayıb.
Polisə müraciət edib, "Jdi menya" (Məni gözlə) kimi verilişlərə çıxıb. Lakin bu cəhdlərin heç biri nəticə verməyib.
Uzun illərdən sonra xoş təsadüf kişini tapmağa kömək edib. Belə ki, yerli saytların birində evsiz şəxsin fotosu dərc olunub. Onun çoxmərtəbəli binanın zirzəmisində yaşadığı, vəziyyətinin pis olduğu yazılıbmış. Könüllülər onun yaxınlarının axtarışına başlayır. İz Anastasiyaya gətirib çıxarır. Məlum olur ki, zirzəminin sakini onun atasıdır.
Maraqlıdır ki, kişinin yaşadığı zirzəmi elə Anastasiyanın evinin yaxınlığında imiş.
Bu günlərdə onlar qovuşublar, qız atasını evə aparıb və onu normal həyata qaytarmağa çalışır.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb