İvan Pyatibratov: "Azərbaycan qlobal əhəmiyyətli layihələrin reallaşmasında vacib rol oynayır"
Trans-Xəzər qaz kəməri layihəsinə qoşulmaq Azərbaycanın regionda nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.
Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert İvan Pyatibratov deyib.
Onun sözlərinə görə, Trans-Xəzər qaz kəmərinin tikintisi Türkmənistanı Azərbaycanın mərkəzi rol oynadığı TANAP nəqliyyat sisteminə daxil edəcək:
"Yeni ölkənin layihəyə qoşulması Azərbaycanın regionda təsirinin artmasına xidmət edir. Bu həm də onunla bağlıdır ki, Trans-Xəzər qaz kəmərinə investisiya qoyan ölkə eyni zamanda Türkmənistan infrastrukturuna da sərmayə yatırır. Bu layihənin tikintisi Azərbaycanın ümumilikdə "Xəzər beşliyi" arasında nüfuzunu artırır. Həmin layihə ilə Azərbaycan öz akvatoriyasını Türkmənistanın akvatoriyası ilə birləşdirir. Bununla əlaqədar olaraq Xəzər dənizində güclü iqtisadi ittifaqın formalaşmasından danışmaq olar".
Ekspert xatırladıb ki, Trans-Xəzər qaz kəmərinin tikintisinə Türkmənistan çoxdan maraq göstərib:
"Amma Xəzərin statusunun müəyyən edilməməsi ilə bağlı tikinti işləri başlanmırdı. Başlansaydı belə, Xəzər ölkələri arasında bir sıra diplomatik münaqişələrə səbəb ola bilərdi. Bu kəmərin tikintisində təkcə Türkmənistan maraqlı deyil. Türkmən qazının yekun istehlakçısı olan Avropa İttifaqı da maraqlı tərəfdir. Həm də son zamanlar Azərbaycan haqqında Yaxın Şərqin iqtisadi yollarının kəsişməsi kimi danışırlar. Mən əlavə edərdim ki, öz üzərinə daha çox nəqliyyat və energetika marşrutları götürməklə, Azərbaycan Avropa və Yaxın Şərq ölkələri arasında vacib əlaqələndirici halqaya çevrilir".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib