Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə istefa verdi - FOTO
Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə istefa verdi - FOTO
İtaliyanın mədəniyyət nazirinin müavini, sənətşünas Vittorio Sqarbi 17-ci əsrə aid rəsm əsərinin oğurlanması ilə bağlı aparılan araşdırmalar fonunda qalmaqala, habelə jurnalistə ölüm arzuladığına görə istefa verib.
"Mən dərhal nazir müavini vəzifəsindən istefa verirəm və bu barədə İtaliyanın Baş naziri Corciya Melonini məlumatlandıracağam", - deyə o bildirib.
Qeyd edək ki, yanvarın əvvəlində Sqarbi dahi rəssam Rutilio Manettinin 17-ci əsrə aid olan və 2013-cü ildə itkin düşən "Müqəddəs Pyotrun tutulması" ("The Capture of Saint Peter") tablosunu oğurlamaqda şübhəli bilinib: Əsər nazir müavininin evlərindən birində aşkarlanıb.
Nazir müavini, həmçinin, işin araşdırılmasına həsr olunmuş müsahibə zamanı jurnalisti təhqir edərək, "avtomobil qəzasında ölməsini" arzulayıb.
Sqarbi daha sonra üzr istəyib, ardınca isə zarafatla artıq məmur vəzifəsini tutmadığı üçün başqalarına da ölüm arzulaya biləcəyini deyib.
Nazir müavininə qarşı daha bir iş açılıb. O, fransız rəssam Valentin de Bulonun əsərini xaricə qanunsuz satmaq cəhdində ittiham olunur.
Qeyd edək ki, Vittorio Sqarbi dəfələrlə parlamentə seçilib.
Mənbə: Politico / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR