Kabakın bilmədiyiniz FAYDALARI
Kabak tərəvəzinin çox sayda faydası var. O cümlədən, bu tərəvəz gözləri sağlam edir, öskürəyə qarşı kömək edir, astmanı müalicə edir, mədə və bağırsaq qanaxmalarının qarşısını alır.
KONKRET.az xəbər verir ki, kabakın tərkibində olan C vitamini və lutein maddəsi gözlərin görmə qabiliyyətini yaxşılaşdırar və gözü sağlam edər. Kabakın tərkibində C vitaminindən başqa A vitamini, karotin, maqnezium, kalium, mis, fosfor vardır. Kabak manqan maddəsinin zəngin olduğu tərəvəzlərdəndir. Bu tərəvəz insanın B1, B6 vitamininə olan ehtiyacını təmin edər. Kabakın tərkibində olan faydalı maddələrə: proteini, kalsiumu, dəmiri, niatsini misal göstərmək olar.
Kabakın tərkibində olan folat, kalium, A vitamini bədənin sağlam olmasına qulluq edər.
Mütəxəssislər bu qənaətə gəlib çatıb ki, kabakın tərkibində karbohidrat olmasına baxmayaraq, anti-oksidant xasiyyətinə malikdir. Kabak həm də qandakı insulini tənzim edir. Kabakın tərkibində Omeqa-3 yağı də mövcuddur.
Kabak astma xəstəliyinə müsbət təsir qoyur. Tərkibində olan C vitamini və anti-oksidantlar bu xəstəliyin yüngülləşməsinə səbəb olur. Kabakın xam tumları bağırsaqda olan parazitləri məhv edər və qəbizliyi aradan aparar. Kabakın toxumu bağırsaq yaraları üçün də faydalıdır. Öskürəyi yüngülləşdirə bilir.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var