KABUS GƏLDİ - Su qıtlığı, yeni müharibələr - Bundan sonra nə olacaq?

KABUS GƏLDİ - Su qıtlığı, yeni müharibələr - Bundan sonra nə olacaq?Mərkəzi Asiya ciddi su böhranı ilə üzləşib. Yayın başlaması ilə bölgənin bir neçə paytaxtında eyni vaxtda içməli su çatışmazlığı müşahidə olunur. Digər fatklardan biri də budur ki, məşhur İssık-Kul dağ gölü dayazlaşıb. Mütəxəssislər bildirirlər ki, mövcud tendensiyalar şəraitində quraqlıq silahlı münaqişələrə və böyük miqrasiya dalğasına səbəb ola bilər.
KONKRET.az Orta Asiyada nə baş verdiyini oxucuların diqqətinə çatdırır.
Qırğızıstanda baş verənlər
Qırğızıstanın paytaxtı Bişkek ay yarımdır ki, quraqlıqdan əziyyət çəkir. Mayın ortalarından şəhərin cənub rayonlarında və yaxın kəndlərdə su saatlarla verilir. Suya qənaət etmək üçün şəhər hakimiyyəti bütün şəxsi hamamları, avtomobil yuma məntəqələrini, hovuzları və hətta xalça yuyan məntəqələri bağlayıb. "Bunlar məcburi tədbirlərdir – dayanıqlı su təchizatı üçün anbarları doldurmaq lazımdır", – deyə "Bişkekvodokanal"ın məlumatında bildirilib.
Yerli sakinlər ilk dəfədir ki, belə sərt tədbirlərlə üzləşdiklərindən şikayətlənirlər. "Uşaq üçün süni süd hazırlamağa belə su yoxdur. Bir butulka su üçün mağazaya getməli oldum. Dedilər ki, Ərəbistanda su benzindən bahadır və yəqin ki, tezliklə biz burada onun da şahidi olacağıq", – deyə Arça-Beşik yaşayış massivinin sakini Aydana bildirib. "Nə isti var, nə də soyuq. Və hələ də su veriləndə krandan su çirkli şəkildə damcı ilə gəlir. Dövri olaraq kanistrli maşın gəlir, amma dəqiq qrafik yoxdur. Adamlar çox əziyyət çəkir", – deyə rayon sakinlərindən biri vurğulayır.
Qəzəblənən sakinlər iki dəfə etiraz aksiyasına çıxıblar. İyunun 7-də onlar Bişkekin Cənub magistralını bağlayıblar. Daha sonra şəhərin su təsərrüfatının rəhbəri həmin yerə gəlib və o, etirazçılara problemlərin tez bir zamanda həll ediləcəyini vəd edib. Məhz bundan sonra etirazçılar yolu açıblar. Daha sonra onlarla insan Qırğızıstan paytaxtının kənarındakı Seleksiya kəndində əsas küçəni bağlayıb.
Şəhər rəhbərliyi su qıtlığının istehlakçıların sayının artması ilə bağlı olduğunu izah edir. İl ərzində abonentlərin – evlərin, mənzillərin, ofislərin sayı 7 faiz, bir nəfərə düşən orta istehlak 2,5 dəfə artıb. Rəsmilərin sözlərinə görə, insanlar sudan həddən artıq israfçılıqla istifadə edirlər – asfalt və bağları şlanqlarla sulayırlar, kranları bağlamağı unudurlar. Vətəndaşların cəmi 12 faizində su sayğacı quraşdırılıb, ona görə də bu yanaşma sərgilənir.
Başqa respublikalarda vəziyyət necədir?
Qazaxıstanın paytaxtı Astanada da suyun kəsilməsi qrafikləri tətbiq edilib, çatışmazlıq səbəbindən kranlarda təzyiq azalıb. Vətəndaşlar yaranan çətinliklərdən jurnalistlərə şikayət ediblər. "Bizdə təkcə duşda deyil, tualetdə də su təzyiqi yoxdur. Əsl kabus yaşanır! İçməli su çox çirklidir. Dünən təmiz su gətirdilər. Hamı sevinirdi", – deyə şəhər sakini Əminə Nağayeva jurnalistlərə bildirib.
Oxşar problemlər rayonun digər iri şəhərlərində də qeydə alınıb. Alma-Atanın dağətəyi rayonlarında sakinlər suyun qrafikə uyğun verildiyindən, kəmərdə suyun təzyiqinin durmadan aşağı düşdüyündən şikayətlənirlər. Mütəxəssislər izah edirlər ki, quyular quruyur, yaşayış massivləri böyüyür. İyunun ortalarında Daşkəndin bir neçə rayonu da susuz qalıb. Səbəb kimi isə elektrik şəbəkələrində nasazlığın yaranması göstərilir. Çünki elektrik olmayanda nasos stansiyalarının işi dayanır.
Böhranın səbəbləri nələrdir?
Bu vəziyyətin bir neçə səbəbi var. Bir tərəfdən Mərkəzi Asiyanın əhalisi sürətlə artır. Sovet dövrünün sonunda regionda 49 milyon insan yaşayırdısa, hazırda bu rəqəm 75 milyondan çoxdur. 2050-ci ilə qədər regionda əhalinin sayı 100 milyonu keçəcək.Orta Asiyada hər il orta hesabla bir milyon artır. Böyük şəhərlərdə bu tendensiya daha qabarıq şəkildə özünü göstərir.
Qeyd edək ki, müstəqillik illərində Bişkek əhalisi iki dəfə, Astanada isə dörd dəfə artıb.
Digər vacib məqam iqlim dəyişikliyidir. Meteoroloqların məlumatına görə, bölgədə yay getdikcə isti və quraq keçir, səhraların ərazisi getdikcə genişlənir. Bütün bunlar əhalinin və kənd təsərrüfatı istehsalçılarının su istehlakının artmasına səbəb olur. Nəticədə çaylar və su anbarları dayazlaşır, Aral dənizi demək olar ki, tamamilə məhv edilib. Nəticədə dəhşətli mənzərə yaranıb: yağıntılar azaldıqca su ehtiyatları da tükənir. Bu isə iqlimin daha da istiləşməsinə səbəb olur.
Üçüncü səbəb isə infrastrukturun korlanmasıdır. Sovet hidrotexniki qurğuları xarab olub. Demək olar ki, modernləşdirmə aparılmır. Belə ki, Bişkekdə su borularının 80 faizi köhnəlib, Alma-Atada isə bu rəqəm 60 faizə çatır. Bu baxımdan qəzalar çoxalır, fasilələr yaranır. Bundan əlavə, köhnəlmiş texnologiyalar səbəbindən böyük həcmdə su itirilir. Məsələn, yerli fermerlər damcı suvarma əvəzinə yerüstü suvarma üsulundan istifadə edirlər, bu yanaşma ilə suyun yarısı torpağa gedir.
Nəhayət, region ölkələri bir-biri ilə zəif qarşılıqlı əlaqədədirlər. Sovet hakimiyyəti illərində su ehtiyatlarının bölüşdürülməsi sistemi mərkəzləşdirilmişdi. SSRİ dağılandan sonra hər bir respublika öz problemləri və ehtiyacları ilə baş-başa qalıb. Mübahisələr dəfələrlə ciddi böhranlara səbəb olub. Belə ki, Özbəkistanın keçmiş prezidenti İslam Kərimov Qırğızıstanı yeni su elektrik stansiyalarının tikintisi planlarından əl çəkməyəcəyi təqdirdə onu müharibə ilə hədələyib.
Son vaxtlar münaqişələr azalıb. Məsələn, bu ilin yanvarında Qazaxıstan, Qırğızıstan və Özbəkistan Narın çayı üzərində su elektrik stansiyasının tikintisinə dair razılığa gəliblər. Ancaq bu, birdəfəlik qərardır və daimi koordinasiya hələ də zəif inkişaf edib. Mərkəzi Asiyada Dövlətlərarası Su Koordinasiyası Komissiyası (ICWC) fəaliyyət göstərir, lakin qurumun səlahiyyəti olmadığından öhdəliklərini yerinə yetirməyən ölkələrə təsir mexanizmləri yoxdur. Bundan əlavə, Əfqanıstan ICWC-ə daxil deyil.
Bundan sonra nə olacaq?
Ekspertlər Mərkəzi Asiyanın dərinləşən böhranla üz-üzə olduğunu deyirlər. "Böyük şəhərlərdə su ciddi şəkildə məhdudlaşdırılacaq və onun keyfiyyəti durmadan aşağı düşəcək. Bu, epidemioloji vəziyyətə təsir edəcək. Epidemiyalar başlayacaq, çoxdan məğlub olmuş kimi görünən orta əsr xəstəlikləri qayıdacaq", – deyə nəşrlərdən biri deyir.
Proqnoza görə, su böhranı ərzaq qıtlığına və sosial qeyri-sabitliyə səbəb ola bilər. Ölkələr arasında yeni münaqişələr olacaq və genişmiqyaslı xarakter alacaq.
Rusiyalı ekspertlər deyirlər ki, su böhranı böyük miqyasda miqrasiya problemi yaradacaq.
"Su çatışmazlığı hər il daha çox hiss olunmağa başlayacaq. İqtisadiyyatda, sosial sahədə, aqrar sektorda problemlər daha da pisləşəcək. Dövlətlər inkişafa deyil, sosial partlayışın qarşısını almaq üçün daha çox pul xərcləməli olacaqlar. Bölgə tədricən fəlakət zonasına çevrilə bilər. Aydındır ki, belə şəraitdə yeni miqrantlar peyda olacaq, onların çoxu Rusiyaya gələcək", – deyə MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya şöbəsinin rəhbəri Andrey Qrozin bildirib.
Politoloq Vladimir Jarixin isə hesab edir ki, problemlərin həlli üçün region ölkələri arasında əməkdaşlıq lazımdır:
"Bizə bütün tərəflərin maraqlarını nəzərə alaraq su ehtiyatlarının daha bərabər paylanması lazımdır. Ancaq bunu etmək o qədər də asan deyil".
Hazırladı: Sevinc Paşayeva,
KONKRET.az

Sosial       Tarix: 04 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. Hadisə işə gedən zaman baş verib. /

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar. Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?. KONKRET.azxəbər veri


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu şou biznes xəbərləri bu gune olan xeberler xeberler az