Kamran Əliyev Rusiyanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Rusiyanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşübBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gələn Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.
Bu barədə AZXRBER.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror bildirib ki, iki ölkənin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər üzrə qarşılıqlı razılaşmaların olması əlaqələrimizi daha da gücləndirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev qeyd edib ki, ölkəmiz hər zaman qlobal və regional problemlərə qarşı müştərək müdafiə immunitetinin formalaşdırılmasında həlledici rol oynayır.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyini etdiyini vurğulayaraq, COP29-un Azərbaycanın sədrliyi ilə keçirilməsinin ölkəmizə olan etimadın təzahürü olduğunu qeyd edib.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir. / azxeber.com

Siyasi       Tarix: 16 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun son xeberler bugun 2026 azerbaycan en yeni xeberler qarabag