Kanada mətbuatı Şuşadan YAZDI
Xarici mətbuatda ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinə "İslam dünyasının mədəniyyət paytaxtı" adının verilməsi geniş işıqlandırılır.
Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham Kanadanın www.thej.ca saytında dərc olunmuş məqaləsində yazıb.
"Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı" sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Şuşa tarixdəki səyahətinə Qarabağ xanlığı dövründə əsası qoyulmuş, mədəniyyət və ticarət mərkəzi olan, inkişaf edən ipəkçilik və xalçaçılıq sənayesi sayəsində adı uzaq diyarlarda tanınan bir şəhər kimi başlayıb. 18-ci əsrdə şəhər Qarabağın paytaxtı olub. Bu dövrdə şəhərin böyüməsi və mədəni çiçəklənməsi baş verib, bura bir çox şairlərin, yazıçıların, musiqiçilərin və rəssamların vətəninə çevrilib.
Bildirilib ki, 19-cu əsrin sonlarında Şuşa artıq Qafqazın musiqi və mədəniyyət mərkəzi hesab olunurdu. Şəhər "Qafqazın İncəsənət Məbədi", "Kiçik Paris" və "Azərbaycanın Musiqi Evi" kimi tanınıb.
Qeyd olunub ki, şəhərdəki bir çox tarixi tikililərin günümüzə qədər gəlib çatmamasının səbəbi şəhər işğal etdikdən sonra ermənilərin burada törətdiyi vandalizmdir. Məhz 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilməsi Şuşada Azərbaycan mədəniyyətinin məhv olması təhlükəsini sovuşdurub.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar