Kapital Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görüldü

Dünən Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib.
Azxeber.com xəbər verir ki, görüşdə iştirak edən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə "Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı" təqdim edilib. Qeyd edək ki, cari ilin fevral ayında Kapital Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən "Qarabağda Urbisid" adlı sənədli film nümayiş olundu. Daha sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirildi, müxtəlif layihələr barədə təkliflər müzakirə olundu. Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulandı. Şübhəsiz, dövlət və özəl sektorunun, müxtəlif təşkilatların və fərdi vətəndaşların birliyi sayəsində doğma Qarabağımız qısa zamanda yenidən dirçələcək. Xatırladaq ki, Qarabağ Dirçəliş Fonduna Birbank-la da ianələr etmək mümkündür.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Kapital Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görüldüKapital Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görüldü

İqtisadiyyat       Tarix: 09 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler meherremlik 2026 metbuat xeberleri son xəbər