Karantin zamanı yazılmış yeddi ölməz əsər

Karantin zamanı yazılmış yeddi ölməz əsərKarantin zamanı yazılmış yeddi ölməz əsər
Koronavirus epidemiyasına görə dünyanın bir çox ölkələrində karantin tətbiq olunur. Şirkətlərin əməkdaşları məsafəli iş rejiminə keçirlər, mağazalar, restoranlar, barlar və digər əyləncə müəssisələri bağlanır.
Lakin karantin yalnız dörd divarın arxasında qapalı qalmaq deyil, həm də vacib məsələlər barədə düşünmək, eləcə də əvvəllər vaxt tapmadığımız bəzi işləri görmək üçün fürsətdir.
Beləliklə, ədəbiyyat sahəsində karantin zamanı əldə edilən bəzi nailiyyətləri təqdim edirik:
1. Aleksandr Puşkin, "Yevgeni Onegin"
Karantin zamanı yazılmış yeddi ölməz əsərAleksandr Puşkin "Yevgeni Onegin" romanını 1824-cü ildə yazmağa başlayıb, 1832-ci ildə isə bitirib.
Bu əsərin əsasında dəfələrlə film çəkilib, eləcə də opera yazılıb. Lakin az adam bilir ki, 1830-cu ilin payızında Moskvada vəba epidemiyası tüğyan edirdi ki, bu da Puşkini ailə malikanəsinə getməyə məcbur etmişdi. Puşkin klassikaya çevrilmiş və dünya ədəbiyyatının inciləri sırasına daxil olmuş romanını məhz belə bir özünəməxsus təcrid zamanı yazmışdı.
2. Lukian, "Aleksandr və ya saxta peyğəmbər"
Karantin zamanı yazılmış yeddi ölməz əsərLukian müasir Türkiyənin ərazisində yerləşən Samosata şəhərində anadan olub. O, məşhur dramaturq və satirik idi. Onun əsərlərindən biri olan "Aleksandr və ya saxta peyğəmbər"də həyatlarındakı qarma-qarışıqlıqlara sehrli izah axtaran romalılar lağa qoyulur.
Aleksandr Orta Asiyadan gələn real şəxsin adıdır. Onun barəsində az məlumat var, lakin o, sehrli bacarıqlara malik olduğunu və istənilən xəstəliyi müalicə edə biləcəyini iddia edirdi.
Ona xüsusilə e.ə.165-ci ildə başlayan taun epidemiyası zamanı inanırdılar. Antonin adını alan bu taun Roma imperiyasının bütün ərazisində tüğyan edirdi.
Romalılar özlərini lazımsız əlaqələrdən təcrid etməyə çalışırdılar. Elə həmin zaman Lukian şəfaverici Aleksandr haqqında satirik əsərini yazmışdı.
3.  Tomas Mann, "Sehirli dağ"
Karantin zamanı yazılmış yeddi ölməz əsərBu əsər alman ədəbiyyatının ən gözəl nümunələrindən hesab olunur. Tomas Mannın "Sehirli dağ" əsəri 1924-cü ildə dərc olunub. Kitabda İsveçrənin Alp dağlarındakı vərəm sanatoriyasında müalicə alan qardaşına baş çəkən kişidən danışılır.
Müəllifin özünə bu mövzu yaxın idi, çünki həyat yoldaşı vərəmdən əziyyət çəkirdi. 1912-ci ildə Mann  İsveçrə sanatoriyasında həyat yoldaşına baş çəkmişdi. Sonrakı illərdə cütlük tez-tez dünyanın müxtəlif sanatoriya və müəssisələrinin xəstələri olublar. Bu təcrübəsi sayəsində də Mann "Sehrli dağ"ı yaza bilmişdi.
4. Anton Çexov
Karantin zamanı yazılmış yeddi ölməz əsərÇexov ən yaxşı əsərlərini vəba epidemiyası zamanı yazan daha bir rus yazıçısıdır. Belə ki, o, 1892-1899-cu illərdə "Altı saylı palata" və "Qara rahib" kimi məşhur əsərlərini yazıb.
Çexov o zaman öz malikanəsində, demək olar, təklikdə yaşayırdı. Məhz burada o, vəba və aclıqdan əziyyət çəkən yerli sakinlərə kömək edirdi. O, həmçinin həkim işləyirdi. Çexov vərəmdən əziyyət çəkirdi, elə bu xəstəlikdən də 1904-cü ildə dünyasını dəyişmişdi.
5. Con Milton, "İtirilmiş cənnət"
Karantin zamanı yazılmış yeddi ölməz əsərİngilis yazıçısı Con Milton əsasən "İtirilmiş cənnət" əsəri ilə şöhrət qazanmışdı. O, əsəri yazarkən kor olub. 1652-ci ildən 1667-ci ilə qədər o, öz əsərini yazmaqları üçün ailə üzvlərinə və dostlarına diktə edirdi.
1665-1666-cı illərdə Londonda tüğyan edən böyük vəba epidemiyasından qorunmaq üçün onun ailəsi yeni evə köçməli oldu. O, məhz təcrid olunduğu zaman "İtirilmiş cənnət" əsərini ərsəyə gətirib.
6. Covanni Bokkaçço,  "Dekameron"
Karantin zamanı yazılmış yeddi ölməz əsər"Dekameron" italyan yazıçısı Covanni Bokkaçço tərəfindən təxminən 1352-1354-cü illərdə yazılmış yüz novella toplusudur.
Kitabdakı hadisələr 1348-ci ilin taun epidemiyası zamanı baş verir. Nəcib nəsildən olan üç kişi və yeddi qadından ibarət qrup epidemiyanın baş aldığı Florensiyanı tərk edərək şəhərdən kənarda yerləşən villada məskunlaşırlar. Karantin dövründə onlar əsərin əsasını təşkil edən 100 hekayəni nəql edirlər.
Hesab edilir ki, Bokkaçço bu əsərini Florensiyada tüğyan edən taun epidemiyası zamanı yazıb. Müəllifin özü də, qəhrəmanları kimi, xəstəlikdən qaçmaq və İtaliya şəhərlərinə səyahət etmək üçün Florensiyanı tərk edib.
7. Vilyam Şekspir
Karantin zamanı yazılmış yeddi ölməz əsərVilyam Şekspir bütün ömrü boyu taun epidemiyaları ilə üzləşib. Hətta uşaq olarkən Şekspir 1564-cü ildə baş qaldıran taun epidemiyası zamanı sağ qalanlardan biri olub.
Taunun adı Şekspirin bir çox əsərlərində, o cümlədən məşhur "Romeo və Cülyetta" pyesində də çəkilir.
1605-1606-cı illər Şekspirin yaradıcılığın zirvəsi hesab olunur. Belə ki, bu zaman o, "Kral Lir", "Makbet" və "Antoni və Kleopatra" kimi əsərlərini ərsəyə gətirmişdi.
Ekspertlər hesab edirlər ki, onun məhsuldarlığı bu dövrdə İngiltərədə taun epidemiyasının tüğyan etməsi ilə bağlıdır. Bu zaman Şekspir karantində qalaraq, çoxlu yazmalı olub.

Maraqlı       Tarix: 04 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler