Kasıbçılıqdan qurtulmaq üçün tövsiyələr - FOTO

Kasıbçılıqdan qurtulmaq üçün tövsiyələr - FOTOKasıbçılıqdan qurtulmaq üçün tövsiyələr - FOTO
Maliyyədə nizam-intizamın əsasını onların hesabatının aparılması təşkil edir. Yalnız gəlirləri deyil, xərcləri də nəzərə almaq lazımdır.
Bu barədə Rusiyanın Keyfiyyət Sisteminin ("Roskaçestvo") Maliyyə Savadlılığı Mərkəzinin mütəxəssisləri maddi vəziyyəti  yaxşılaşdırmağın yolları barədə tövsiyələrində bildiriblər.
Onların sözlərinə görə, aylıq xərcləri şərti olaraq bir neçə kateqoriyaya bölmək olar: məcburi ödənişlər, yemək, nəqliyyat, geyim və ayaqqabı, aptek və s.
Kasıbçılıqdan qurtulmaq üçün tövsiyələr - FOTOEkspertlər bildiriblər ki, maliyyə planları konkret məqsədlərə çatmağa imkan verir. Bunun üçün də onları bir ay, altı ay və bir il üçün tərtib etməyi məsləhət görülüb. 
Gözlənilməz hallardan qorunmaq üçün isə mütəxəssislər bir neçə aylıq əmək haqqından ehtiyat fondu yaratmağı tövsiyə edirlər.
Bundan əlavə, xərcləri bir az azaltmaq üçün kredit və borclardan qaçınmağın vacibliyi vurğulanıb:
"Heç bir krediti sərfəli adlandırmaq olmaz. "Əlverişli" şərtlər sadəcə bankların hiyləsidir, müştəriyə heç bir fayda gətirmir. Vəziyyət nəzarətdən çıxıbsa və sözün həqiqi mənasında borcunuz varsa, maliyyə nizamına gedən yolda ikinci addım borcdan qurtulmaq üçün bir plan hazırlamaq olmalıdır", - deyə mütəxəssislər bildiriblər.
Kasıbçılıqdan qurtulmaq üçün tövsiyələr - FOTOEkspertlər xüsusi günlər təyin etməyi və bu günlərdə pul xərcləməməyi tövsiyə edir:
"Həyatınızda çoxlu xərclər olduqda (dəbdəbəli ayaqqabılar, müasir oyun konsolu və ya yaxınlıqdakı bir qəhvə mağazasından latte) - debet kartınızın fasiləyə ehtiyacı var. Xərcsiz bu günlər sizi sonradan peşman ola biləcəyiniz alışlardan uzaqlaşdıracaq. Əgər almaq istədiyiniz bir şey görsəniz, (xərcsiz gün təyin etdiyiniz üçün) növbəti günə qədər gözləməli olacaqsınız. Bu müddət ərzində isə siz "soyuyacaqsınız" və bu şeyə həqiqətən ehtiyacınızın olub-olmadığına qərar verəcəksiniz", - deyə onlar bildiriblər.
Mütəxəssislər kiçik addımlrla başlamağı və ayda iki günü pulsuz gün təyin etməyi məsləhət görür.
Kasıbçılıqdan qurtulmaq üçün tövsiyələr - FOTO"Bu üsul işləyirsə və "oruc" günlərinin sayını artırmaq istəyirsinizsə, onları həftədə bir günə qədər artırmaq olar", - deyə onlar ekspertlər əlavə ediblər.
Bundan başqa insanın özünə sərmayə qomasının vacibliyi də vurğulanıb.
"Əgər siz onu istifadə edəcək qədər sağlam deyilsinizsə dünyadakı bütün pulların heç bir əhəmiyyəti yoxdur. Həm də özünüzü yaxşı hiss edəndə pulunuzun hara xərclənməsi ilə bağlı daha yaxşı qərarlar qəbul edəcəksiniz", - deyə qurumun ekspertləri sözlərini yekunlaşdırıblar.
Mənbə: Moslenta

Maraqlı       Tarix: 29 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan xankendi sonxeberler valyuta mezennesi