Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək - FOTO
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək - FOTO
Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən öncə Türkiyənin "İstiqlal marşı" və Azərbaycan milli marşı səsləndirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib.
Bununla yanaşı, o, beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin vacib olduğunu bildirərək qeyd edib: "Türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanında olduğumuzu, dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bildirmək istəyirik".
Çıxışlardan sonra tələbələr " Qarabağa dönürük", "Qarabağ Azərbaycandır" "Erməni terroruna son", "Eşq olsun Azərbaycan ordusuna" kimi şüarlar səsləndiriblər.



Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR