Kazinoda başqasının 27 milyon avrosunu uduzan litvalı təslim oldu - FOTO
Kazinoda başqasının 27 milyon avrosunu uduzan litvalı təslim oldu - FOTO
Litvada kazinoda başqasının 27 milyon avrosunu (49,5 milyon manat) uduzan biznesmen saxlanılıb.
Bu barədə Vilnüs Şəhər Dairə Məhkəməsi məlumat yayıb.
Bildirilir ki, Şarunas Stepukonis adlı biznesmen Estoniyada qeydiyyatda olan "BaltCap" investisiya şirkətinin fondunda tərəfdaş olub. O, işlədiyi şirkətdən 27 milyon avro mənimsəyib və xərcləyib.
Bildirilir ki, 2023-cü ilin oktyabrında "BaltCap" Şarunas Stepukonis tərəfindən idarə olunan infrastruktur fondu şirkətlərində şübhəli əməliyyatlar görüb. Bundan bir ay sonra - noyabr ayında "BaltCap" Stepukonis ilə müqaviləyə xitam verib və yoxlamalara başlayıb, biznesmenin rəhbərlik etdiyi departamentin maliyyə idarəçiliyində pozuntular aşkar etdikdən sonra isə hüquq-mühafizə orqanlarına müraciət edib.
Stepukonis bundan sonra xaricə gedib, Litva polisi isə onu axtarışa verib. Ancaq ötən həftə Stepukonis ölkəyə qayıdıb və Litva hökumətinə təslim olub.
O, məhkəmənin qərarı ilə iki həftə müddətinə həbs edilib.
Mənbə: Vesti.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR