Kəklikotu çayının faydaları
Kəklikotu çayı soyuqdəymə, bronxit və öskürək kimi xəstəlikləri aradan qaldırır, selikli qişaları qurudur və öskürəkdən xilas olmaq üçün bronxial keçid spazmını sakitləşdirir. Eyni zamanda, infeksiyalara qarşı mübarizə aparan antiseptik xüsusiyyətlərə malikdir. Boğaz ağrısını və öskürəyi sakitləşdirir. Kəklikotunun tərkibi efir yağları, minerallar, faydalı fenollar və flavonoidlərlə zəngindir. Kəklikotu xora, iltihab problemlərindən əziyyət çəkənlər üçün də olduqca faydalıdır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, kəklikotu ayaqlarda baş verən revmatik ağrılar zamanı əzələlərin yığılmasının qarşısını alır və ağrıları yüngülləşdirir.
Belə ki, kəklikotunun antiviral təsiri səbəbindən qripin tez və yüngül keçməsinə kömək edir. Yüksək hərarət, öskürək, boğaz ağrısı, iştahasızlıq, əzələ və sümüklərdə ağrılar qripin ən əhəmiyyətli əlamətləridir. Gün ərzində 3 dəfə kəklikotu çayı içməklə bu halların qarşısını almaq mümkündür.
Həmçinin kəklikotunun tərkibində olan karvakrol xərçəng xəstəliyindən qoruma xüsusiyyətinə malikdir və bu da bitkini potensial xərçənglə mübarizə aparan qida maddəsi edir. 2015-ci ildə "Anti-Cancer Drugs" jurnalında dərc edilən bir araşdırma göstərdi ki, karvakrol xərçəng hüceyrə xəttinin yayılmasına və hərəkətinə maneə törədir.
Kəklikotu çayı tərkibindəki antioksidant və yüksək miqdarda flavonoidlər səbəbindən sağlam hüceyrə funksiyasını qoruyur, hüceyrələrdə və orqanlarda erkən yaşlanma əlamətlərinin qarşısını alır.
Tədqiqatlar kəklikotunun yüksək təzyiq probleminə də yaxşı təsir etdiyini göstərib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto