Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət MƏHKƏMƏ QARŞISINDA

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət MƏHKƏMƏ QARŞISINDA</p> 
 <p>Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.
KONKRET.azxəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.
Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
"MKT İstehsalat Kommersiya" MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.
Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, "MKT İstehsalat Kommersiya" MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.
Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti – "Baku İnternational Tabacco"nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. (Qaynarinfo)

Siyasi       Tarix: 18 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi son xeber.az xəbərlər.com ən son xəbərlər bugün