Kəmaləddin Qafarovun şirkəti ölkəyə "leviy" dərmanlar gətirir? — Rəşid Mahmudovdan SENSASİON AÇIQLAMA

Kəmaləddin Qafarovun şirkəti ölkəyə İddialara görə, Azərbaycanda "dərman monopolisti" kimi tanınan deputat Kamaləddin Qafarovun şirkətində ucuz başa gəlsin deyə xaricdən ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır. Nəticədə məşhur dərmanların belə keyfiyyəti standartlara cavab vermir.
Bəs nə üçün insan sağlamlığını təhdid edən bu məsələ lazımı qurumlar tərəfindən araşdırılmır?
KONKRET.azxəbər verir ki,mövzu ilə bağlı demokrat.az-a açıqlamasında tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib ki, dərmanların keyfiyyəti aşağıdırsa, çox güman ki, ölkəyə "leviy" gətirilir.
Rəşid Mahmudov qeyd edib ki, bu kimi hadisələr həkimlərin də səviyyəsini aşağı salır:
Kəmaləddin Qafarovun şirkəti ölkəyə "Bu təzə hal deyil. Mən bu barədə daha əvvəllər də danışmışam. Bu cür hadisələr çoxdan var idi. Bunun üstündə nə qədər adamlar tutuldu. Xaricə gedib zavodlarla danışırlar ki, bunun içinə 100 mq maddə qoyulmalıdırsa, 20 mq əlavə etdirirlər. Amma onu 100 mq dəyərində satırlar. Bunu maraqlanmaq lazımdır ki, niyə tədbir görülmür. Axı bütün bunları hər kəs yaxşı bilir. Nəticədə həmin dərmanlar xəstələrə kömək eləmir, xəstəlik sağalmır və pasientlər həkimlərdən şikayətçi olur.
Görün, burada xalqa nə qədər ziyan vururlar? 
Bu, sadəcə insanların sağlamlığı ilə oynamaqdır.
Bu məsələ dövlət səviyyəsində araşdırılmalıdır. Xaricdən gələn dərmanların ayrıca laborotoriyası var. Yəni, əslində xaricdən gələn dərmanlara nəzarət var. Yəqin ki, bu dərmanları ölkəyə "leviy" gətirirlər. Əgər deputat Kəmaləddin Qafarov o işlə məşğuldursa, maşallah, çox yaxşı və hünərli deputatdır".

Sağlamlıq       Tarix: 22 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun axsam.az xeberler beynelxalq bank mezenne ən son xəbərlər bugün