"Kəndlər təslim olunsa, Azərbaycan daha əlverişli mövqedə olacaq" - Tatoyan
"Kəndləri təslim etməklə, biz Azərbaycan silahlı qüvvələrini kəndlərimizə yaxınlaşdırırıq, sakinlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmaq imkanlarını təhlükə altına qoyuruq, onların həyat və sağlamlığını təhlükəyə atırıq".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan deyib.
O, Tavuşun Ermənistan üçün strateji əhəmiyyətinə toxunaraq bildirib ki, 4 yaşayış məntəqəsi təslim olarsa, təkcə ayrı-ayrı sakinlər üçün deyil, həm də strateji baxımdan təhlükəsizlik problemləri olacaq.
"Strateji obyektlər ya Azərbaycanın nəzarətinə keçəcək, ya da hədəfə alınacaq. Söhbət ilk növbədə Gürcüstanı Ermənistanla birləşdirən dövlətlərarası yoldan gedir ki, bu marşrutun müəyyən hissələri sadəcə olaraq yararsız hala düşəcək. Əlbəttə ki, istifadə edilə bilən sahələr var, lakin onlar böyük nəqliyyat vasitələri üçün nəzərdə tutulmayıb", – deyə Tatoyan bildirib.
Onun sözlərinə görə, kəndlər təslim olunarsa, Azərbaycan Ermənistana münasibətdə daha əlverişli mövqedə olacaq.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi