Kərə yağı kimlərə olmaz?

Kərə yağı kimlərə olmaz?Kərə yağı bir çox insanın sevdiyi məhsuldur. Faydasından əlavə o çörək-bulka məmulatlarına təkrarolunmaz ətir verir, yeməklərin dadını daha zərif və doyurucu edir. Lakin dad keyfiyyətlərinə baxmayaraq, kərə yağı bəzi kateqoriya insanlar üçün sağlamlığa təhlükəli ola bilər.
KONKRET.azxəbər verir ki, bu barədə aif.ru rusiyalı mütəxəssislərə istinadla xəbər verib.
Bildirilir ki, kərə yağının qəbulu kəskin pankreatit və laktoza dözümsüzlüyü olan insanlar üçün tamamilə əks göstərişdir. Özü də onlara yağ təkcə təmiz halda deyil, çörək-bulka və digər xörəklərin tərkibində də olmaz.
Hamilə və süd verən qadınlarda çəki kəskin şəkildə artırsa, onlar da kərə yağı qəbulunu məhdudlaşdırmalıdırlar.
Yeddi aylığa qədər uşaqlara isə bu məhsulu vermək ümumiyyətlə məsləhət görülmür.
Mədə-bağırsaq problemləri olan yaşlı insanlara diyetoloqlar gündə 10 qramdan çox yağ yeməməyi məsləhət görürlər. Bu yaşda yağlı və kalorili qidalar çətin həzm olunur və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Bundan əlavə, kərə yağı artıq çəkisi, aterosklerozu, öd daşı xəstəliyi, ürək-damar xəstəlikləri, xüsusilə metabolik xarakterli xəstəlikləri olan insanlara əks göstərişdir. Bunun səbəbi məhsulun tərkibində xolesterinin yüksək olması və kalorililiyidir.
Qeyd edək ki, sağlam insanlara kərə yağı mötədil miqdarda – gündə 30 qramdan çox olmamaq şərti ilə çox faydalıdır. Bu məhsulda vitaminlər ("A", "B1", "B2", "B5", "D", "E", "PP", "K"), minerallar (maqnezium, natrium, kalsium, kalium, fosfor, sink, mis, dəmir, manqan), 20-si əvəzolunmaz olan 150 yağ turşusu, beta-karotin, omega-3-6 var. "A" vitamini miqdarına görə heç bir bitki yağı kərə yağı ilə müqayisə edilə bilməz. Yağ əsası sayəsində orqanizm B, E və D qrupu yağda həll olan vitaminləri daha yaxşı mənimsəyir.
Təbii mənşəli olması, asan həzm olunması və qidalı maddələrlə zəngin tərkibi müntəzəm istifadə zamanı kərə yağının sağlamlığa müsbət təsirindən danışmağa imkan verir. Enerji mənbəyi kimi, xüsusilə soyuq qış şəraitində fəal həyat üçün güc və enerji verir. Yağ mənbəyi kimi – hüceyrələrin yenilənməsinə kömək edir ki, bu da zehni əmək zamanı iş qabiliyyətini və davamlılığı artırır. Bundan başqa xərçəng xəstəliklərinin profilaktikasına xidmət edir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və yaşlanma prosesini yavaşladır, serotonin istehsalını stimullaşdırır. Gündəlik bu dozada istifadə qəbizlik riskini azaldaraq mədə-bağırsaq sisteminin işini normallaşdırır, selikli qişaların işini tənzimləyir, cinsiyyət hormonlarının sintezində iştirak edir, immuniteti gücləndirir, sümük sistemini və dişləri möhkəmləndirir, "yaxşı" xolesterinin səviyyəsini artırır, bu da ürək-damar sistemini möhkəmləndirir, qan damarlarının elastikliyini və tonusunu qoruyur, antifunqal və antimikrob xüsusiyyətlərə malikdir, görmə qabiliyyətini, həmçinin dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır.

Sağlamlıq       Tarix: 08 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər son xeber.az bugun xeberler apa.az xeberler