Kirayədə qalmaq adamı tez qocaldır?
Kirayədə qalmaq adamı tez qocaldır?
Kirayədə qalan insanların orqanizmi daha tez qocalır.
Böyük Britaniya və Avstraliyadan olan alimlər aparılan araşdırmalardan sonra belə qənaətə gəlib.
Onların tədqiqatlarının nəticələri "BMJ" elmi jurnalında dərc olunub.
Tədqiqatda 1 420 nəfər iştirak edib - onların arasında həm kirayədə qalanlar, həm də artıq öz mənzillərini almış şəxslər var.
Mütəxəssislər insanların sağlamlıq vəziyyətlərini, öz evlərində, yoxsa kirayədə qalmalarını, borclarının olub-olmaması, kirayə haqqının nə qədər olması, dövlət dəstəyi alıb-almamaları ilə bağlı suallar veriblər.
Daha sonra iştirakçılardan DNT metilasiyasını (bioloji qocalmanın göstəricisi) təhlil etmək üçün qan nümunələri götürüblər.
Alimlər qeyd ediblər ki, kirayənin yaratdığı stresə görə mülkləri icarəyə götürən insanlar öz evlərinə sahib olanlardan daha tez qocalır. Onlar, həmçinin işsizlərdən iki dəfə, siqaret çəkənlərdən 50% daha sürətli qocalırlar.
Kirayəçilər kirayə pulunu ödəyə bilmədikdə, yaxud əlverişsiz evdə yaşadıqda bioloji qocalma daha da sürətlənib. / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR