Kişi kimi deyirəm, mənim elə nömrəli maşınım yoxdur' - Deputat
Xəbər verdiyimiz kimi, 6 nömrəli məktəb-liseyin şagirdlərinin "Son zəng" günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin nəqliyyat vasitələrinin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.
Onlar arasında VI çağırış parlamentinin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var. Qeyd olunur ki, bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.
azxeber.com xəbər verir ki, Cavanşir Paşazadə Bakupost-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.
"Sizin 6 nömrəli məktəbdə təhsil alan qohumunuz varmı?" sualına deputat "Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur" cavabını verib.
Qeyd edək ki, yayılmış videogörüntülərlə bağlı DYPİ məlumat yayıb. Bildirilib ki, Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunaraq müvəqqəti mühafizə olunan duracağa təmin olunub.


İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı