KİV: Bakı və İrəvan "böyük sülh"ün astanasında

KİV: Bakı və İrəvan Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini tanımaq imkanı əldə edib.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" qəzeti "Ermənistan və Azərbaycanın böyük sülh şansı var" sərlövhəli məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, iki hərbi əməliyyat - 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrındakı birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan de-fakto Ukraynanın Qərbin milyard dollarlarla ölçülən maliyyə və siyasi dəstəyinə sahib olmaqla 2014-cü ildən uğrunda mübarizə apardığı şeyi əldə edib - 1991-ci ildə SSRİ-nin dağılmasından sonra beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz milli suverenliyini bərpa edib.
Məqalə müəllifi vurğulayıb ki Azərbaycan postsovet dövründə ilk dəfə bütün ərazisi üzərində suverenliyini həyata keçirir.
Müəllif həmçinin Birinci Qarabağ Müharibəsinin 1988-ci ildə - hələ Sovet İttifaqı dağılmamış, Sovet Vətəndaş Müharibəsi kimi başladığını da xatırladır. "1994-cü ildə müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistanın işğalı altında qalmışdı", - o yazır.
"Sovet İttifaqının dağılmasından sonra ilk dəfə tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz qonşuluqlarını yenidən nəzərdən keçirmək imkanı əldə edib. Bakı və İrəvan hökumətləri, deyəsən, bunu başa düşür: tərəflər arasında dialoq gedir. Dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri, habelə baş nazirin müavinləri, xarici işlər nazirlikləri və xarici siyasət məsələləri üzrə baş müşavirlər səviyyəsində təmaslar saxlanılır. İki ölkənin hökumət nümayəndələri artıq yeddiyə yaxın görüş keçiriblər", - məqalədə deyilir.
Müəllif rəsmi açıqlamalara istinad edərək, Aİ və ya ABŞ-nin iştirakı olmadan Bakı ilə İrəvan arasında aparılan ikitərəfli danışıqlar formatının effektiv olmasına diqqət çəkir.
"Bildirilir ki, yaxınlarda Berlində daha bir görüş olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi dialoqa da, görünür, təmin edilib", - qəzet yazır.
Qeyd edilənlərin yekunu olaraq müəllif vurğulayır ki, noyabrda Bakıda keçirilməsi planlaşdırılan COP29 iqlim konfransına qədər sülh sazişinin imzalanıb-imzalanmayacağı hələ dəqiq deyil. "Lakin hər iki tərəf artıq diplomatik münasibətlərin qurulmasını müzakirə edir", - o yazır.

Siyasi       Tarix: 22 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler kriminal bugun butun xeberler cəbhədən görüntüleri