Kiyevə pis xəbər: 4 məsələyə görə hədəfinə çatmayacaq
Slovakiyanın xarici işlər naziri Yuray Blanarın Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Nazirin sözlərinə görə, Kiyevin alyansa üzv olması yeni konfliktin yaranması ilə nəticələnəcək və gərginliyi artıracaq.
Mövzu ilə bağlı danışan politoloq Əhəd Məmmədli deyib ki, Ukraynanın NATO-ya üzvlüyünü istəməyən ölkələr çoxdur və bu, heç kəsə sirr deyil:
"Macarıstan və Slovakiya da onlar arasındadır. Hər iki ölkədə sağ qüvvələr hakimiyyətdədir və Moskva ilə münasibətləri var. NATO ölkələri Ukraynaya görə Rusiya ilə müharibə etmək istəmir. Bu baxımdan Slovakiyanın xarici işlər naziri Yuray Blanarın "Ukraynanın NATO-ya mümkün üzvlüyü yeni konfliktə səbəb ola bilər" fikri təəccüblü deyil".
Politoloq bildirib ki, Ukraynanın mövcud vəziyyətdə alyansa üzvlüyü mümkün deyil:
"NATO nizamnaməsinə görə, mübahisəli ərazi problemi olan, müharibə vəziyyəti yaşayan, torpaqları işğal edilən və ərazisində separatçı fəaliyyət olan ölkələrin alyansa üzvlüyü mümkün deyil. Qərbin Ukraynaya bu istiqamətdə verdiyi vədlər sadəcə şirnikləndirici məqsəd daşıyır"./ Globalinfo.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb