Konstitusiya dəyişikliyi prosesi Ermənistanın daxili işidir - Rəsmi İrəvan
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Konstitusiyasını dəyişdirməsə, sülh müqaviləsinin imzalanmayacağı barədə bəyanatını təkrarlayıb.
O, həmçinin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hökumətinin nümayəndələri ilə Konstitusiyanın dəyişdirilməsi məsələsini müzakirə edib. Paşinyan yeni Konstitusiyanın qəbulu üçün vaxt istəyib.
KONKRET.azxəbər verir ki, factor.am saytı Elçin Əmirbəyovun açıqlaması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib.
Cavab olaraq Xarici İşlər Nazirliyi konstitusiyaya dəyişiklik prosesinin Ermənistan Respublikasının daxili işi olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Ermənistan Konstitusiyasının hələ 1989-cu ildə qəbul edilmiş "Sovet Ermənistanının və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" qərarına əsaslanan Müstəqillik Bəyannaməsinə istinad edilməsini ərazi iddiası kimi qəbul edir.
Xatırladaq ki, may ayında baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanması və 2026-cı il dekabrın 30-dək təsdiq edilməsi barədə göstəriş verib.
Natiq Səlim,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar