Kontakt"dan "Autizm Günü"nə möhtəşəm videoçarx və dəstək aksiyası
"Kontakt" mağazalar şəbəkəsi "Autizm Məlumatlandırma Günü" ərəfəsində autizmli şəxslərə diqqət çəkmək, onların inkişafına dəstək olmaq məqsədilə yeni xeyriyyə aksiyasına başlayıb. Aksiya çərçivəsində bütün "Kontakt Home" mağazalarının kassa bölməsində xüsusi ianə qutuları yerləşdirilib. Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam" İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi"nin balansına köçürüləcək.
Daha çox insanı bu xeyriyyə layihəsinə cəlb etmək, eyni zamanda cəmiyyətə daha çox fayda vermək məqsədilə, məhz aprel ayında yığılacaq toplam ianə məbləğini "Kontakt" iki qat artırmağı öz öhdəliyinə götürür. Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, "Kontakt" Autizm Mərkəzinə 10 000 manat köçürəcək.
Autizm xəstəlik yox, sadəcə fərqlilikdir. Fərqliliklərin fərqinə birgə varmaq üçün siz də şəbəkənin istənilən mağazasına yaxınlaşaraq xüsusi qutulara ianə dəstəyinizi göstərə, autizmə "Kontakt" ilə birgə mavi işıq yandıra bilərsiniz.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən "Kontakt" eyni zamanda autizmə fərqli yanaşmanı özündə ehtiva edən videoçarx ərsəyə gətirib və sosial şəbəkələrdə izləyicilərin diqqətinə təqdim edib.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan videoçarxa aşağıdakı linkə keçid etməklə siz də nəzər sala bilərsiniz:
Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan "Kontakt" hazırda "Dyson", "Electrolux", "WAHL", "Toshiba", "Black&Decker", "Hoffmann" kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, "Samsung", "LG", "Bosch", "Huawei", "Realme", "Sony", "Panasonic", "BQ", "Sonorous", "Elari", "Thomas", "Beurer", "Karcher", "H Gala", "Cassore", "Simge" mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, "Apple" brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi
Space' TV-də yüksək vəzifəyə təyinat
Azərbaycanda Məhərrəm ayı başlayıb
Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək