Koronavirusa görə 10 yaşlı oğlanın ayaqları kəsiləcək - FOTO/VİDEO
Koronavirusa görə 10 yaşlı oğlanın ayaqları kəsiləcək - FOTO/VİDEO
Koronavirusun yaratdığı fəsadla əlaqədar 10 yaşlı miçiqanlı Dişan Cemisonun ayaqları amputasiya ediləcək.
Bu barədə "Fox 17" telekanalı xəbər yayıb.
Məlumata görə, yüksək temperaturla xəstəxanaya çatdırılan uşağa "multisistem iltihab sindromu" diaqnozu qoyulub. Tibb işçilərinin sözlərinə görə, Cemisonun yaşadıqları koronavirus fəsadları ilə bağlı indiyə qədər gördükləri ən ağır haldır.
Həkimlər bildiriblər ki, sindrom 2-8 həftə arasında inkişaf edir. Cemisonun vəziyyətində koronavirus simptomsuz olub, sindrom isə iki həftə sonra inkişaf etməyə başlayıb.
Sözügedən xəstəliyin simptomları arasında hərarət, göz qızarması, səpki, limfa düyünlərinin iltihabı, qusma və ishal var. Sindromun yaranmasının dəqiq səbəbi məlum deyil.
Sindrom uşağın ayaqlarında maye yığılması ilə nəticələnib. Həkimlər onları xilas etməyə çalışsalar da, sonda amputasiya lazım olduğunu ailəyə bildirmək məcburiyyətində qalıblar.
"Belə qərar vermək çox çətin idi. Mən sadəcə düşünürəm ki, görəsən ayaqları kəsiləndən sonra onu hansı həyat gözləyir? Futbol oynamağı və aktiv həyat tərzi sürməyi sevir. Bu, çox çətindir", - deyə oğlanın anası Brittni Otman bildirir.
O, oğlunun daha sonra yenidən protezlərlə yeriyə biləcəyi fikri ilə özünü təsəlli edir.




Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb