Korotçenko: Azərbaycan müasir beynəlxalq siyasətin trendlərini müəyyən edən ölkələr sırasındadır
"Azərbaycan müasir beynəlxalq siyasətin trendlərini müəyyən edən ölkələr sırasındadır".
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Rusiya Azərbaycana güclü, səmərəli və məsuliyyətli dövlət kimi baxır:
"Liderlər təkcə qeydləri müqayisə etməyəcək və ötən müddət ərzində fəaliyyətlərinə yekun vurmayacaq, həm də ikitərəfli əməkdaşlığımız üçün yeni tendensiyalar və mənalar müəyyən edəcəklər. Rusiya Azərbaycana güclü, effektiv və məsuliyyətli dövlət kimi baxır. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzunun necə artdığını aydın görə bilərik".
Ekspert hesab edir ki, siyasi, iqtisadi və hərbi-texniki əlaqələrlə yanaşı, enerji layihələri də son dərəcə vacibdir.
"Düşünürəm ki, Putin və Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimizin xeyrinə işləyəcək çox maraqlı birgə qərarlara gələ biləcəklər. Rusiya Prezidentinin nə qədər mürəkkəb və yüklü qrafiki olduğunu başa düşərək, onun üçün Azərbaycana səfər dostların ziyarət olunmasıdır və sadəcə öz gözləri ilə bu gün Cənubi Qafqazın əsl mirvarisi olan, ultramüasir görkəmini diqqətlə qorunub saxlanılan, bərpa olunmuş tarixi memarlıq izləri və keçmişin abidələrini özündə birləşdirən Bakıya milli səviyyədə baxmaq imkanıdır"
Rusiya ekspert icmasının Prezident Putinin Azərbaycana səfərindən böyük gözləntiləri var deyən politoloq əlavə edib ki, Rusiya-Azərbaycan əlaqələrini dostluq və əməkdaşlığın "canlı toxumasını" yaradan hər şeyin səmərəli, məsuliyyətli və diqqətlə qorunub saxlanılması baxımından istənilən müasir dövlətə nümunə göstərmək olar:
"Rusiya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlərinə veriləcək təkan iki ölkəyə inkişafın yeni üfüqlərinə çıxmağa və davamlı inkişaf yolumuzda əhəmiyyətli töhfə verməyə imkan verəcək".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar