Laçın: Qarabağın dünyaya açılan yeni hava qapısı

Laçın: Qarabağın dünyaya açılan yeni hava qapısıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa, quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir. Bölgənin dayanıqlı inkişafının təmin olunması, müasir infrastrukturun yaradılması və işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi həyatına sürətli inteqrasiyası istiqamətində həyata keçirilən layihələr sırasında hava limanlarının inşası xüsusi strateji əhəmiyyət daşıyır.
Bu baxımdan Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan mühüm nəqliyyat infrastrukturu layihələrindən biri olmaqla yanaşı, bölgənin beynəlxalq statusunun və strateji əhəmiyyətinin daha da yüksəldilməsinə xidmət edir. Mürəkkəb dağlıq relyefdə inşa edilən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən üçüncü beynəlxalq hava limanıdır.
Hava limanının tikintisinə 2021-ci ilin avqust ayında başlanılıb. Layihənin təməli həmin il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mürəkkəb relyef və yüksəklik şəraitinə baxmayaraq, tikinti işləri müasir texnologiyalar və yüksək mühəndislik standartları əsasında həyata keçirilib.
Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Hava limanının fəaliyyətə başlaması ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Bu isə ölkəmizin nəqliyyat və logistika imkanlarının daha da genişləndirilməsi baxımından mühüm göstəricidir.
Laçın rayonunun Qorçu kəndində, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Beləliklə, Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən hava limanı kimi də diqqəti cəlb edir. Onun inşası yüksək dağlıq ərazidə mürəkkəb mühəndislik və tikinti işlərinin uğurla həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturu deyil, eyni zamanda regionun gələcək sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcək strateji layihədir. Hava nəqliyyatının imkanlarının genişlənməsi bölgəyə səfərlərin asanlaşdırılmasına, biznes əlaqələrinin inkişafına, investisiya imkanlarının artmasına və turizm potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradır.
Xüsusilə Laçın və ətraf rayonların zəngin təbiəti, dağlıq landşaftı, turizm və rekreasiya imkanları nəzərə alındıqda, hava limanının istifadəyə verilməsi bölgənin turizm potensialının inkişafına yeni imkanlar açır. Bu infrastruktur layihəsi gələcəkdə yerli və xarici turistlərin bölgəyə daha rahat çıxışını təmin etməklə yanaşı, Laçının beynəlxalq turizm məkanlarından birinə çevrilməsinə də mühüm töhfə verə bilər.
Ümumilikdə, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin mühüm nəticələrindən biridir. Bu layihə həm ölkənin nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə, həm regionun iqtisadi və turizm potensialının artırılmasına, həm də Laçın rayonunun beynəlxalq əhəmiyyətinin yüksəldilməsinə xidmət edir.
Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın azad edilmiş ərazilərində yeni inkişaf mərhələsinin mühüm simvollarından biri olmaqla, bölgənin gələcək iqtisadi, turizm və nəqliyyat potensialının reallaşdırılmasına mühüm zəmin yaradır.
Müəllif: Qismət Rəcəbov
Göygöl RİHB Aparatının böyük məsləhətçisi / azxeber.com

Siyasi       Tarix: 26 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət 

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər. müraciətin mətnini təqdim edir:

"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub

"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər"

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Ərdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir" açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə -a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babaye

ABŞ-dan dəhşətli etiraf, gizli silahla qorxunc təhdid: Yerə kosmosdan hücum etmək planı qurulur

ABŞ və Türkiyənin təşəbbüsləri tamamilə fərqli məqsədlər daşısa da, ümumi şəkildə kosmik texnologiyaların strateji əhəmiyyətinin artmaqda olduğunu da əks etdirir… Belə ki, ABŞ öz qlobal hərbi üstünlüyünü qorumağa çalışır

Trampdan Azərbaycan açıqlaması

"Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu York ştatının Sirakyus şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib

Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?

Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasınd

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İs


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son dəqiqə sonxabar dunyada son xeberler