Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevlə Gəncədə vida mərasimi keçirilir
Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.
Hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.
Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.
F.Abdullayev Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar