Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşübLaos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
Bu barədə azxeber.com-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Tədbiri açan BDU-nun rektoru Elçin Babayev Azərbaycanla Laos arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda təhsil aldığını vurğulayıb.
O, BDU-nun Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını bildirib.
E.Əmrullayev Laosdan olan gəncləri Azərbaycanda təhsil imkanlarından yararlanmağa dəvət edib, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaratdığı imkanlardan danışıb, iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Thonqlun Sisulit çıxışında ölkəsinin müharibənin ağır nəticələrinin aradan qaldırılması, milli inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərindən bəhs edib.
O, Azərbaycan-Laos münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılmasına toxunub.
Görüş zamanı BDU-nun tələbələri Laos Prezidentinə suallar ünvanlayıb, Thonqlun Sisulit onların suallarını cavablandırıb.
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşübLaos Prezidenti BDU-nun tələbələri ilə görüşübLaos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Siyasi       Tarix: 14 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. MƏLUMAT YENİLƏNİR…

Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır

Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır. xəbər verir ki, bunu İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları ilə azad edilmiş ərazilərə səfər edən Moldovanın keçmiş Baş naziri Çiri

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas

Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət 

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər. müraciətin mətnini təqdim edir:

Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi

Bir sıra birinci instansiya məhkəmələri hakimləri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikas

Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü

Əhliman Əmiraslanov Türkiyə parlamentinin deputatları ilə görüşüb. xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov oktyabrı

Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə -a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babaye

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. xəbər verir ki, İlham Əliyevin b


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabarlar cəbhədən görüntülər havanın temperaturu