Lavrov Tonoyanın Qarabağla bağlı açıqlamasını tənqid etdi
Lavrov Tonoyanın Qarabağla bağlı açıqlamasını tənqid etdi
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində həbsdə olanların dəyişdirilməsi sahəsindəki vəziyyət Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılılıqlı səfərləri ilə müqayisədə optimist deyil. Lakin biz bu istiqamətdə hərəkət etməliyik.
Oxu.Az-ın xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Qremingerle görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, Ermənistanın Müdafiə naziri David Tonoyanın "Qarabağ məsələsi həll olunub" açıqlamasına da münasibət bildirib.
S.Lavrov qeyd edib ki, münaqişə tərəflərinin səsləndirdiyi fikirlər konfliktin həllinə kömək etmir.
"Noyabrın ilk on günlüyündə ATƏT-in Daimi Şurasında həmsədrlərin çıxışı zamanı daha müsbət atmosfer yaratmaq üçün bu vəziyyətdən istifadə etməyə çalışmaq vacibdir. İndi əsas məsələ budur. Amma Qarabağ probleminin bu şəkildə (Tonoyanı nəzərdə tutur - red.) həll edilə biləcəyini söyləyən ifadələr məsələyə kömək etmir".
Xatırladaq ki, bir neçə gün öncə D.Tonoyan jurnalistin "Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?" sualına pafosla və məntiqsiz cavab verib.
"Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub", - o qeyd edib.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı