Levon Ter-Petrosyanın 1993-cü ildəki etirafı: "Azərbaycanlıların Ermənistandan qovulması böyük uğur idi"

Levon Ter-Petrosyanın 1993-cü ildəki etirafı: Tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında erməni mənbələrinə istinadən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləriylə görüşündən videogörüntüləri paylaşıb. Həmin görüşdə Ter-Petrosyanın Ağdamın işğalı ilə bağlı çıxışı da yer alıb.
KONKRET.az xəbər verir ki, bu video ilk dəfədir internetdə yayılıb. Böyük ehtimalla bu videonu Paşinyanın ətrafı həm Ter-Petrosyanın özünü, həm də onun rəhbərlik etdiyi "Erməni Milli Konqresini" ifşa etmək üçün sızdırıb. Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə Levon Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur.
Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır:
"Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq".
Ter-Petrosyanın sözlərinə görə, bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etdi:
"Ermənistan və Qarabağ başqa millətlərdən (azərbaycanlılar nəzərdə tutulur ) tamamilə təmizlənib. Bir daha təkrar edirəm, bu, 600 illik problem idi. Erməni xalqı bundan daha 600 il sonra onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin, əgər bu gün Ermənistanda 1988-ci ilə qədər buradakı 170 min başqa millətdən (azərbaycanlı) insan olsaydı, bizim dövlətimiz olmazdı. Biz nə şimal, nə şərq rayonlarımızı, nə də Sevanı (Göyçə gölünü) qoruya bilərdik. Üstəlik, burada üç yeni problemlə üz-üzə qalacaqdıq.Unutmayın ki, üç bölgədə azərbaycanlılar çoxluq təşkil edirdi. Bunlar Vardenis (Basarkeçər), Masis (Uluxanlı) və Amasya rayonları idi. Azərbaycanlılar Zəngəzurda da çoxluq təşkil edirdilər. Nə yaxşı ki, bu problem vaxtında həll olundu. Bu, bizə göydən hədiyyə kimi gəlmədi. Bizim hərəkat bu problemi vaxtında həll etdi. Xalqımızın milli azadlıq mübarizəsi davam edir. Erməni milli hərəkatı və onun hərbi qanadı bizim "Yerkrapa" özünümüdafiə birləşmələrimizdir. Artsaxda da belədir. Bu gün Artsaxın bütün ərazisi və daha çoxu ermənilərin əlindədir. Bir şad xəbəri sizə çatdırmağı özümə borc bilirəm. Bu gün Ağdam şəhəri bizim əlimizə keçdi".
Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində Ermənistanda Basarkeçərdə, Uluxanlıda, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar. Ter-Petrosyanın yuxarıdakı sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı bəyanatıyla eynidir. Sarkisyan Xocalıda ermənilərin azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini faktiki olaraq etiraf edib.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 04 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər sosial yardim son xeberler 2026