Levon Ter-Petrosyanın çıxışı irqçiliyi nümayiş etdirir - BƏYANAT

Levon Ter-Petrosyanın çıxışı irqçiliyi nümayiş etdirir - BƏYANAT"Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də "Yerkrapa" könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış bu ölkənin siyasi dairələrində dərindən kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir".
KONKRET.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
İcma əlavə şərh olmadan Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxışın mətnindən həmin hissənin çıxarışını olduğu kimi verib: "Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi.
Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi – Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib".
Bəyanatda bildirilir ki, faktiki olaraq, Ermənistan "əhali yoxdursa, problem yoxdur" yanaşmasından çıxış edərək Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparmışdır. Bütün bunlar bir daha sübut edir ki, Levon Ter-Petrosyanın "erməni milli azadlıq mübarizəsi"ndən, Robert Koçaryan, Serj Sarqsyan kimi səhra komandirlərindən tutmuş "demokratik" Nikol Paşinyan hakimiyyətinə qədər Ermənistan dövlətçiliyinin mahiyyəti dəyişmir. Ermənistanın 1987-ci ildə başlatdığı münaqişənin məqsədi məhz etnik təmizləmə həyata keçirməklə monoetnik məkan yaratmaq, Azərbaycan əraziləri hesabına mifik "böyük Ermənistan" yaratmaq olub və indiki Ermənistan hakimiyyəti deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.
"Hadisələrdən 30 ildən çox keçməsindən sonra belə Ermənistan cəmiyyətinin və erməni diasporunun Levon Ter-Petrosyanın yuxarıda qeyd edilən çıxışını dəstəkləməsi və ya ört-basdır etməyə çalışması biz Qərbi azərbaycanlıları olduqca məyus edir. Lakin Ermənistan bu sistematik qanlı cinayətlərin izini itirməyə, onları danmağa müvəffəq olmayacaq. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu irqçi siyasətini pisləməyə, onu Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırmağa dəvət edirik.
Qərbi Azərbaycan İcması beynəlxalq hüquq çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün öz səylərini davam etdirəcək", – bəyanatda qeyd olunur.
KONKRET.az

Siyasi       Tarix: 04 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər sosial yardim son xeberler 2026