Leyla Əliyeva Moskvada Nəsimiyə həsr olunmuş beynəlxalq konfransda - FOTO
Leyla Əliyeva Moskvada Nəsimiyə həsr olunmuş beynəlxalq konfransda - FOTO
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasında "Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Fondunun, Rusiya Fəlsəfə Cəmiyyətinin və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda "Müasir fəlsəfə, Nəsiminin mədəni-tarixi metodologiyaları və mənəvi irsi", "Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya", "Nəsimi yaradıcılığında humanizm problemi", "Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi", "Nəsimi estetikasında mənəvi kamillik" və digər mövzularda məruzələr dinlənilib.
Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.
Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən, Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak ediblər.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik Abdulsalam Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nəsimi dahi şair, humanizmin bünövrəsini qoyanlardan biridir. O deyib: "Nəsiminin "Sığmazam" qəzəli insan himnidir. XIV əsərdə insanı belə qüvvə, dərinlik və ardıcıllıqla vəsf etmək böyük cəsarət tələb edirdi. Bu gün Nəsimi ideyaları olduqca aktualdır".







Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı