Lukaşenko: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün çox iş görülüb
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə bağlı çox iş görülüb.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Siz Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması haqqında çox danışmışınız və bütün bunların normal qəbul olunması onu deməyə əsas verir ki, buna qədər artıq çox iş görülüb", - A.Lukaşenko MDB dövlət başçılarının Moskvada oktyabrın 8-də keçirilən sammitinin yekunları ilə bağlı bildirib.
Belarus Prezidenti həmçinin qeyd edib ki, sammitdə qlobal gündəliyin müzakirəsi zamanı həmkarlarla fikir ayrılığının olmaması sevindiricidir.
"Dünən və ondan əvvəlki gün qlobal məsələləri müzakirə etmək imkanımız oldu. Məni və əminəm ki, sizi də sevindirən o oldu ki, aramızda beynəlxalq gündəmlə bağlı heç bir fikir ayrılığı olmadı. Həm daxili məsələləri müzakirə etdik, həm də heç bir eyham vurmadan səmimi söhbət apardıq", - o qeyd edib.
///report
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb