"Made in Azerbaijan" brendli məhsullarımız Polşadakı "Carrefour" marketlərində satılır - FOTO

"Made in Azerbaijan" brendli məhsullarımız Polşadakı "Carrefour" marketlərində satılır - FOTOÖlkəmizin qeyri-neft sektoru ixracının artırılması və Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə daha çox tanıdılması, yeni ixrac bazarlarına çıxarılması və satışının təşkili istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq, Polşanın Varşava şəhərindəki 3 "Carrefour" supermarketində və Kielçe şəhərindəki "Carrefour" supermarketində "Made in Azerbaijan" stendləri yerləşdirilib.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a bildirilib ki, "Made in Azerbaijan" stendlərində Azərbaycan istehsalı olan müxtəlif növ şərablar, mürəbbələr, kompotlar, nar şirəsi, narşərab, salatlar, çay təqdim olunur. Bununla yanaşı, marketlərin alış-veriş zallarında alıcıların diqqətini cəlb edən və stendlərə doğru istiqamətləndirən reklam banerləri asılıb. Bəzi məhsullarımız marketlərin rəflərində də yerləşdirilib.
Stendlərin ilkin olaraq 2 aylıq müddətinə yerləşdirilməsi nəzərdə tutulur və məhsullarımızın satış göstəricilərindən asılı olaraq, müddət artırıla bilər.
Qeyd edək ki, Polşada fəaliyyət göstərən pərakəndə satış şəbəkələrində Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların vahid ölkə stendində satışı ilk dəfə təşkil olunur. "Made in Azerbaijan" stendlərindəki "Azersun Holding", "Azgranata", "Astaraçay", "Aspi Agro", "Marandi", "Şərq ulduzu" MMC-lərin, "Abşeron Şərab" və "Göygöl Şərab Zavodu" ASC-lərin istehsalı olan məhsullar Varşavada fəaliyyət göstərən "Azərbaycan Ticarət Evi"nin dəstəyi ilə təqdim edilib.
Avropa ölkələrində COVID-19 pandemiyasının yayıldığı və karantin tədbirlərinin tətbiq olunduğu dövrdə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının bu təşəbbüsü ölkəmizin qeyri-neft məhsulları ixracının artırılması və ixrac bazarlarının şaxələndirilməsinə xidmət edir.
Məlumat üçün bildirək ki, Fransanın "Carrefour S.A." şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən aparıcı pərakəndə satış şirkətlərindəndir. Şirkət Polşa bazarında ilk marketini 1997-ci ildə açıb və hazırda 80-dən çox hipermarket, 160-dan artıq supermarket, 650-dən çox kiçik marketlərdən ibarət şəbəkəyə malikdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün